
Makron alqışladı: Bakı və İrəvanın razılaşması...
Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının yekunlaşdırılması barədə elanı alqışlayıram.
Bunu Fransa Prezidenti Emmanuel Makron Azərbaycan və Ermənistanın sülh sazişinin mətni üzrə razılaşmanı şərh edərkən bildirib.
"Artıq Ermənistan və Azərbaycan arasında Cənubi Qafqazda davamlı sülhə yol açacaq sülh sazişinin imzalanmasına heç nə mane qalmadı”, - Makron vurğulayıb.
Qeyd edək ki, bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sülh sazişinin mətni üzrə danışıqlar prosesinin yekunlaşdığını açıqlayıb./Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın