"Makronun Putini təhdid etməsi Rusiya rəhbərinə deməkdir ki,.."

"Makronun Putini təhdid etməsi Rusiya rəhbərinə deməkdir ki,.." - Eltun Süleymanov

Oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Makron, Ermənistanın Baş naziri Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Mişel arasında keçirilmiş görüşdən və müsbət məcrada aparılan danışıqlardan bir həftə sonra, Emmanuel Makronun “France2” telekanalına müsahibəsində səsləndirdiyi yalanlarının miqyası sadəcə məyusluq doğurur.

   

 Bununla, onun fikirlərində təhdidin, şantajın yer aldığının şahidi oluruq. Böyük bir ölkənin prezidentinin Azərbaycana qarşı son çıxışı siyasi-diplomatik çərçivədən kənardır. Adam qalxıb Rusiya prezidenti Vladimir Putini şantaj edir. Onun işlətdiyi ifadələrə başqa ad vermək olmur. Bu sətiraltı Rusiya rəhbərinə deməkdir ki, Ermənistan tərəfindən Azərbaycana qarşı Qarabağda vuruşmaq lazımdır, erməni separatçılarını açıqdan-açığa himayə etmək gərəkdir. Onda Rusiyaya, onun rəhbərinə minnətdarlıq hissi ilə sağol demək olar. İndi bir daha anlaşılır ki, Fransa tarixən təsadüfən Ermənipərəst dövlət adlandırılmayıb.


Faktinfo.az-ın məlumatına görə, bu sözləri Nəsimi RİH yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov Fransa prezidenti Makronun Azərbaycana qarşı son təxribat və təhrikedici çıxışına münasibət bildirərkən deyib.


   Eltun Süleymanov onu da əlavə edib ki, Makronun çıxışında "onu heç kim neft, qazla ala bilməz" ifadəsini işlətməsi qənaət yaradır: - o, son Praqa görüşlərində əldə olunan müsbət təmayüllərin əleyhinədir. Fransa senatının Azərbaycana qarşı 15 noyabr tarixində qətnamə qəbul etməyə hazırlaşması isə Ermənistan hakimiyyətini, Xankəndində olan erməni terrorçularını dəstəkləmək, yenidən Ermənistanı münaqişəyə sövq etmək, separatçıları ümüdləndirməkdir.


   Amma hesab edirəm, bu təxribat və pozucu xarakterli hərəkətlilik faydasız olacaqdır. Cənab prezident İlham Əliyev oktyabırın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət başçıları Şurasının iclasında çıxışı zamanı Fransa rəhbərliyinə kəskin iradını bildirdi. Fransa rəhbərliyinə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində hər hansı rol oynamasının mümkünlüyünü görmürük, Azərbaycana, onun ərazi bütövlüyünə qarşı belə bəyanatları rədd edirik, deməklə layiqli cavab verdi.


   Azərbaycan Respubilkasının Prezidenti İlham Əliyevin çıxışındakı bir cümlə isə nikbin olmağımıza əsas yaratdı. İlham Əliyevin Makronun son çıxışına " Böyük ölkənin prezidentinə küçə leksikonundan istifadə etməyin nə dərəcədə siyasi nəzakətə uyğun olmasını, qoy Fransa ictimaiyyəti müəyyən etsin" - şəklində cavab verməsi, hesab edirəm provakasiya xarakterli bəyanata ən tutarlı cavab idi.

 FAKTİNFO.AZ



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər