Maksim Oreşkin : Dolların məzənnəsi 10% artacaq

Maksim Oreşkin : Dolların məzənnəsi 10% artacaq 

Dünya bazarında neftin cari qiymət səviyyəsi şəraitində Rusiyada ABŞ dollarının məzənnəsi 62-63 rubla yüksəlməlidir.

RİA "Novosti" agentliyi xəbər verir ki, bu açıqlama ilə iqtisadi inkişaf naziri Maksim Oreşkin çıxış edib.

Nazir bildirib ki, neftin cari qiymət səviyyəsində dollar 60 rubldan baha, təxminən 62-63 rubl olmalıdır: "Bir tərəfdən tədiyyə balansının pisləşməsi, digər tərəfdən uçot dərəcəsinin azaldılması valyuta bazarına təsir edəcək və onu uzunmüddətli tarazlıq səviyyəsinə gətirib çıxaracaq".

Gömrük İdarəsinin statistikasını təhlil edən M.Oreşkin həmçinin qeyd edib ki, ilk rübdə müşahidə olunan 38,3 mlrd. dollarlıq ticarət profisitinə baxmayaraq möhkəmlənən rubl idxalın ötən ilin analoji dövrü ilə müqayisədə 25,5% artmasına səbəb olub. Qarşıdan yay mövsümünün gəldiyini diqqətə alsaq, cari hesab balansının pisləşməsi ehtimal olunur: "Bu da bizə onu deməyə imkan verir ki, dolların hazırkı səviyyəsini bir daha görməyəcəyik".

Qeyd edək ki, hazırda Rusiyada dolların məzənnəsi 57 rubldan bir qədər artıqdır. Yəni, nazirin sözlərinə görə, dolların 10% bahalaşması gözlənilir. Belə olarsa, manata təzyiq bir qədər arta bilər.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər