Mehriban Əliyeva 12 noyabr - Konstitusiya Günü münasibətilə xalqı təbrik etdi
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 12 noyabr - Konstitusiya Günü münasibətilə xalqı təbrik edib.
Birinci vitse-prezident bu barədə İnstaqramda paylaşım edib.
“Əziz həmvətənlər!
Sizi Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram. Arzu edirəm ki, Azərbaycanın uğurlu inkişafı davamlı olsun, ölkəmizdə daim sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizlik hökm sürsün!” - paylaşımda qeyd olunub.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın