Mehriban Əliyeva Fransanın sabiq prezidenti Nikola Sarkozini qəbul edib

Mehriban Əliyeva Fransanın sabiq prezidenti Nikola Sarkozini qəbul edib 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva yanvarın 16-da Fransa Respublikasının sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb.

Faktinfo.az xəbər verir ki, görüşdə Nikola Sarkozinin prezidentlik fəaliyyəti dövründə Fransa-Azərbaycan əlaqələrinin uğurlu inkişafında xanım Mehriban Əliyevanın rolu vurğulanıb. Qeyd edilib ki, xanım Mehriban Əliyevanın Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri kimi fəaliyyəti və eləcə də Heydər Əliyev Fondu tərəfindən Fransada mühüm humanitar layihələrin həyata keçirilməsi əməkdaşlığımızın daha da möhkəmlənməsi işinə böyük töhfə verib.

Görüşdə eyni zamanda bildirilib ki, Nikola Sarkozinin prezidentliyi dövründə Azərbaycan və Fransa dövlət başçılarının ikitərəfli münasibətlərin inkişaf etdirilməsi istiqamətində göstərdikləri fəaliyyət nəticəsində ölkələrimiz arasında əlaqələr bir çox sahələrdə genişlənib.

Mehriban Əliyeva Fransanın sabiq prezidenti Nikola Sarkozini qəbul edib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər