Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin fəaliyyəti narahatlıq doğurur? -Son 5 ildə nələrə nail olunub?
Bir neçə il bundan qabaq Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin Təhsil Nazirliyindən alınaraq Bakı Şəhər İcra Hakimiyyətinin tabeçiliyinə verilməsi bu sahədə mövcud olan kifayət qədər problemləri həll etmiş oldu.
Düzdür,müəyyən çatışmazlıqlar olsa da,nəzərə çarpan inkişafı danmaq mümkün deyil.Qazanılan uğurlar ilk növbədə maliyyə-təsərrüfat fəaliyyətinin şəffaflığı ilə müəyyən edilir ki,Hesablama Palatasının Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsində apardığı son yoxlamanın nəticəsi hər şeyi ortaya qoyur.Belə ki,sözügedən yoxlamadan sonra müəyyənləşdi ki, bu qurumun fəaliyyətində şəffaflığa tam riayət edilib.
Faktdır ki, pis tendensiyaya yol açmaması üçün bugünkü körpənin, gələcək orta məktəb şagirdinin cəmiyyətin sağlam üzvünə çevrilməsi üçün məktəbəqədər təhsilin inkişaf etdirilməsi naminə son 5 ildə BŞİH yaxşı mənada iş apara bilib.
Eləcə də,məktəbəqədər pedaqoji prosesdən irəli gələn məqsəd və vəzifələr əvvəlki dönəmlərlə müqayisədə daha yaxşı həyata keçirilir. Xüsusilə,körpələrin təliminin pedaqoji qanunlar əsasında öyrədilməsi tərbiyəçilər tərəfindən lazımınca yerinə yetirilir. Təbiyəçi, müəllim artıq yaxşı bilir ki,təlim olmadan onun tərbiyə etdiyi körpə sabah nümunəvi məktəbli, sonrakı mərhələdə intellektual bir gənc ola bilməz.Həmin uşaqda böyüyəndə rəzil əxlaqın formalaşması mümkündür ki, bu da xalqın, dövlətin mədəni inkişafına əngəldir. Uşaqlarda körpəlikdən inandırma, yetişdirmə, ərsəyə gətirmə olmasa, körpənin 1-ci sinifə gedəndə mənimsəmə, qavrama qabiliyyəti olmayacaq və ya çox aşağı səviyyədə olacaq.Çünki təlim olmadan tərbiyə, tərbiyə olmadan isə təhsilin olması mümkünsüzdür. Təlim olmadan 3-5 yaşlı uşaqlarda əxlaq tərbiyəsinin əldə edilməsi çətin olur, bəzən də mümkün olmur. Körpə davranış tələblərini təlimin əsasında başa düşə bilir. Və bunu təbii ki, savadlı tərbiyəçi müəllimlərin nəzarəti altında qavrayır. Bir sözlə, körpənin təlimi yoxdursa, tərbiyəsi və təhsili də formalaşmır. Körpə sabahkı şagirddir və onun ev tapşırığını müstəqil şəkildə icra etməsi özünütəlimdir. Prosesdən qazanılan bilik özünütəhsildir. Bu varsa, körpənin inkişafında şüur, təfəkkür, məsuliyyət hissi, intizam, əxlaq hamısı ümumilikdə formalaşır və bu özünütərbiyə adlanır. Hər halda elm belə deyir və bu ruhda böyüyən gənc oğurluq, cinayət, intihar və s. xoşagəlməz hallardan uzaq olur. Artıq bütün bu əmsallar Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin tabeçiliyində olan bütün qurumların işçi heyyəti qarşısında bir şərt kimi qoyulur.Bu da sevindirici bir haldır.
Çünki artıq hər kəs tərəfindən qəbul olunur ki,yuxarıda sadalanan prinsiplərə əməl edilməsə,gələcəkdə intihar, oğurluq, cinayət hadisələrinin sayını minimuma sala bilməyəcəyik.Görünən odur ki, Təhsil Nazirliyindən alınıb Bakı Şəhər İcra Hakimiyyətinə verilən məktəbəqədər təhsil müəssisələrində köklü islahatlar aparılıb və bu işlər hazırda da davam etdirilir.
Şübhəsiz ki,bütün bu uğurların əldə edilməsində Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəisi Eldar Yunusovun müstəsna rolu var.Məhz onun rəhbərliyi altında adıçəkilən qurumun tabeliyindəki müəssisələrdə yeni bir inkişaf mərhələsi başladı.Yəni,körpələrin qidalanması,yataq geyimləri ilə təmin olunması,gigiyenik qaydalara əməl edilməsi ən yüksək səviyyədə tənzimləndi.Hətta,valideyinlərin müxtəlif səbəblərdən narazılıqları və şikayətləri minimum həddə endirildi.Əvvəlki dövrlərlə müqayisədə yalnız ixtisas sahiblərinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin tabeçiliyində olan qurumlarda işə qəbul edilməsi də təqdirəlayiq hal kimi xüsusi qeyd edilməlidir.
Bu və digər uğurları görmək istəməyən bəzi mətbu orqanlar təəssüf ki,qərəzkarlıq nümayiş etdirir,Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin müsbət fəaliyyətinə kölgə salmağa çalışırlar.Hətta, əsassız olaraq idarənin rəisi Eldar Yunusovu aidiyyatı olmadığı halda,adı korrupsiya əməllərində hallanan “Bakı Lift Təmiri”İB-nin sabiq baş direktoru Qüdrət Şükürovla müqayisə edirlər.Axı, Qüdrət Şükürovun gördüyü işlərin Eldar Yunusova nə dəxli var?..
Lətafət Orucqızı
Faktinfo.az
Bu xəbər üçün şərh yazın