Məktəbli qızı zorlayanlardan biri məmur oğlu imiş - Şok
Beyləqanda 5 həmkəndlisi tərəfindən cinsi zorakılığa məruz qalan məktəbli qızın videogörüntüsünü çəkən məmur oğlu imiş.
AzNews.az-a daxil olan məlumata görə, məktəbli qızın videogörüntüsünün çəkilməsində qapını arxadan bağlayan və çirkin istəklərinin həyata keçirilməsində Rasim Babayevə dəstək verən Murad Həziyev “Azərişıq” ASC-nin Beyləqan Rayon Şöbəsinin məsul əməkdaşı İsaxan Həziyevin oğludur.
İsaxan Həziyev Birinci Şahsevən kəndinin aparıcı mühəndisidir.
Məlumata görə, İsaxan Həziyev oğlunun bu əməlindən xəbərdardır. Ancaq, oğlunun azyaşlı olduğunu səbəb gətirən məmur hər cəhdlə onu bu cinayətdən kənarda saxlamağa çalışır.
5 nəfər həmkəndlisi tərəfindən cinsi zorakılığa məruz qalan məktəbli qız müsahibəsində “Murad qapını arxadan tutdu. Yalvardım ki, qapını aç, mənə kömək elə. O, mənə kömək eləmədi. Əksinə, dedi ki, “Rasim nə deyirsə o da olacaq”. Yalvardım ona, çəkmə məni dedim. Yalvarışlarıma, göz yaşıma belə baxmadı”-deyə bildirib.
Məktəbli qız onu da əlavə edib ki, Murad da daxil olmaqla gənclər videogörüntünün internet şəbəkəsinə qoyulması ilə onu şantaj edərək öz istəklərini həyata keçiriblər.
Məsələ ilə bağlı Birinci Şahsevən kəndi ilə əlaqə saxladıq. Məlumatı kəndin aidiyyatı qurumları təsdiqlədi.
Bu xəbər üçün şərh yazın