Meliorasiya və Su Təsərrüfatı ASC -də 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib

Meliorasiya və Su Təsərrüfatı ASC -də 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib 

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifovun Faktinfo.az-a verdiyi məlumata görə, tədbirdə çıxış edən Cəmiyyətin sədri Əhməd Əhmədzadə Sovet ordusunun xüsusi təyinatlılarının Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüzü insanlığa qarşı törədilən ən ağır cinayətlərdən hesab edib. 20 Yanvar faciəsi və xalqımızın azadlıq mübarizəsi haqqında danışan sədr onun tarixi hadisə kimi önəmini vurğulayıb.Ə. Əhmədzadə  20 Yanvar hadisələrinə siyasi qiymətin də məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə verildiyini bildirib.

Bu gün də 20 Yanvar şəhidlərinin xatirəsi Cənab Prezident İlham Əliyev tərəfindən əziz tutulur. Möhtərəm Prezidentimiz torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüz uğurunda inamlı siyasət aparır.

Onu da qeyd edək ki, 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan anım tədbirləri Cəmiyyətin tabeliyində olan digər idarə və təşkilatlarda da keçirilib.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi