Meliorasiya və Su Təsərrüfatı ASC-də ziddiyət dərinləşir-

Meliorasiya və Su Təsərrüfatı ASC-də ziddiyət dərinləşir- Daxili audit idarələri yoxlayır

Son aylar Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin daxilində ziddiyyət dərinləşir.

  Faktinfo.az saytına verilən məlumata görə, daxili çəkişmələrdən biri o olub ki, ASC-yə tabeli idarələrin birləşdirilməsi gələcəkdə böyük problemlərə yol açacaq. Bir neçə şəxs bu şəkildə idarəetməyə narazılıqların olacağını, savadlı  və peşəkar meloratorların ərizə yazaraq işdən gedəcəyini bildirib. Elə də olub, hazırda ərizə yazaraq işdən gedənlər var.


  Məlumatda o da qeyd olunur ki, yoxlamanı özlərinə təhlükə bilən idarə rəisləri də var ki, onlar da bu şəkildə yanaşmadan narazıdırlar. Məsələn, vəziyyəti faktinfo.az saytına izah edən melaratorlardan biri bildirir ki, Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı, Subartezyan Quyularının İstismarı, Mexaniki Suvarma Sistemləri İdarələrinin Suvarma Sistemləri İdarələrinə birləşdirilməsi idarəetmədə problemlərə yol açıb.


 Təkcə, bir idarənin timsalında nümunə üçün qeyd edilir ki, Bozdağ Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı idarəsi ləğv edilərək, bu idarənin funksiyası 4 rayonun suvarma sistemləri idarələrinə həvalə olunub. Elə ilk gündən problemlər yaranıb. Vəziyyətin xüsusilə heyvandarlıq sahəsi ilə məşğul olan fermerlərin işinə mənfi təsiri hiss olunmağa başlayıb. Eləcə də, təsnifat üzrə Subartezyan quyuları və Mexaniki Suvarma Sistemləri İdarələrinin yerinə yetirdiyi iş, Suvarma Sistemləri İdarələrinin gördüyü işlərdən fərqləndiyindən və bir idarədə ümumiləşən idaretmə səbəbindən  bölgələrdə suvarma suyunun idarəolunmasında xaotik vəziyyət yaranıb. Bölgələrdən artan şikayətlərin həlli yubadılır, hamı problemi üzərindən atırmış kimi davrandığı bu arada, savadlı və peşəkar melaratorlar ərizə yazaraq işdən gedir.


  Meliorasiya və Su Təsərrüfatı ASC-nin daxili audit yoxlamalarına gəlincə, Yuxarı Xanbulançay Hidroqovşağı İstismarı İdarəsinin rəisi Allahyar Salayev və Xızı Suvarma Sistemləri İdarəsinin rəisi Fərrux Haqverdiyevin təşviş içində olduğu da qeyd edilir. Hər iki idarənin bir neçə istiqamət üzrə daxili audit tərəfindən təftiş  olunacağı gözlənilir. O cümlədən, bu iki idarə rəisinin də yaxın zamanda ərizə yazıb işdən gedəcəkləri istisna edilmir.


Qeyd edək ki, əhalinin müəyyən mənada şikayətçi olduğu sahələrdən biri də suvarma suyudur. Mətbuata bu mövzuda az şikayət daxil olmur. Xüsusilə, yay mövsümündə şikayətlərin sayı çoxalır. Saytlarla işləməli, mətbuata açıqlamalı Meliorasiya və Su Təsərrüfatı ASC-nin mətbuat xidmətinin rəhbəri Dilqəm Şərifov isə digər sözçülər kimi hər şeyi hələ ki, kompyuter üzərindən seyr etməyə üstünlük verir.

 Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi