“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin idarələrində yoxlamalar aparılacaq-

“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin idarələrində yoxlamalar aparılacaq- Samur-Abşeron kanalının vəziyyətinə baxılsa...

“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Zaur Mikayılovun bölgələrdə bəzi hidrotexniki qurğuların vəziyyəti ilə yerində tanış olması aparılması nəzərdə tutulan daxili yoxlamanı ertələyib.

Faktinfo.az saytına meliorasiya sistemindən verilən məlumata görə, quruma təyin olunan yeni sədr Zaur Mikayılov bir çox idarələrdə mərhələli şəkildə daxili audit yoxlamaları aparılmasını təşkil edəcək. Bununla, quruma tabe təşkilatlara müxtəlif təsnifatlar üzrə ayrılan dövlət vəsaitinin səmərəlilik və şəffaflıq vəziyyəti müəyyənləşdiriləcək.

ASC-nin balansında olan idarələrdə təmir-istismar, əsaslı-təmir və digər istiqamətlər üzrə ayrılan dövlət vəsaitinin daxili audit üzərindən təftişi həyata keçiriləcək. Maşın və mexanizm parklarında olan texnikaların vəziyyəti, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən, yeni subartezian quyularının qazılmasına ayrılan milyon manatlarla dövlət vəsaitindən səmərəli istifadə, quyuların qazılmasında ərazinin komissiya tərəfindən verilən yekun rəyə əsasən düzgün seçilib-seçilməməsi kimi məsələlər nəzərdən keçiriləcəkdir.

Faktinfo.az saytına verilən məlumatda o da bildirilir ki, yoxlanılacağı müəyyənləşdirilən idarələrin siyahısında dəyişiklik olmasa,2021-ci ilin sonuna kimi ilkin olaraq, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin balansında olan aşağıdakı idarələrdə son 5 ilin maliyyə-təsərrüfat fəaliyyətini əhatə edən daxili audit yoxlamaları aparılacaq:

1. Ağstafa Hidroqovşağı İstismarı İdarəsi

2. Füzuli Mil-Muğan Hidroqovşağı İstismarı İdarəsi

3. İmişli Bəhrəmtəpə Hidroqovşağı İstismarı İdarəsi

4. Əyri Çay Su Anbarı İstismarı İdarəsi

5. Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsi

6. Sabirabad Mexaniki Suvarma Sistemləri İdarəsi

7. Gəncə İxtisaslaşmış Təmir, Quraşdırma və Sazlama İdarəsi

8. Kürdəmir Mexaniki Suvarma Sistemləri İdarəsi

9. Xızı Suvarma Sistemləri İdarəsi

10. Beyləqan Suvarma Sistemləri İdarəsi

11. Xaçmaz Suvarma Sistemləri İdarəsi

12. Neftçala Suvarma Sistemləri İdarəsi

13. Göyçay Suvarma Sistemləri İdarəsi

14. Hacıqabul Suvarma Sistemləri İdarəsi

15. Şəmkir Subartezian Quyularının İstismarı İdarəsi

16. Tərtər Subartezian Quyularının İstismarı İdarəsi

17. Boz Dağ Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsi

18. Samur-Abşeron Kanalının İstismarı İdarəsi


O da qeyd edilir ki, hazırda bu idarələrin bəzi rəhbər şəxsləri öz ərizələrinə əsasən işdən çıxmaq istəyirlər.


Xüsusi qeyd: Samur-Abşeron Kanalının İstismarı İdarəsi ilə bağlı indiki şərait üçün iki xüsusi məsələyə toxunmaq məcburiyyəti var. Sirr deyil ki, Samur-Abşeron kanalının layihə gücü kanalın keçdiyi bir neçə rayonu, eləcə də Abşeron Suvarma Sistemləri İdarəsinin xətti ilə Abşeron yarmadasının əhəmiyyətli hissəsini suvarma suyu ilə təmin etmək üçün hesablanıb. Və illərdir ki, bu təyinat üzrə istismar edilir. Hazırkı məqamda isə Samur-Abşeron kanalında suyun həcmi olur ki, günlərlə aşağı düşür. Bu suvarma suyuna təxirəsalınmaz ehtiyacın olduğu isti yay günlərində beləmi olmalıdır?

Faktinfo.az saytını məlumatlandıran mənbənin bildirdiyinə görə, kanalda suyun həcminin aşağı düşməsinə səbəb, suyun ehtiyat su gölünə yönləndirilməsidir və ən azından bu şəkildə əsaslandırılmasıdır. Mənbənin izahına görə, suvarma suyuna ciddi ehtiyac duyulduğu isti yay günlərində Samur-Abşeron kanalındakı suyun ehtiyat su anbarlarına yönləndirilməsinin heç bir izahı yoxdur. Bu vəziyyət suvarma suyuna qarşı yaradılan əngəldən başqa bir şey deyildir. Göl və ehtiyat su anbarlarına yönləndirmə suvarma suyuna ehtiyacın olmadığı aylarda olmalıdır ki, Samur-Abşeron kanalının İstismarı idarəsinin rəisi Zakir Rüstəmovun da bu yanaşması başa düşülən deyil.

O ki qaldı, Samur-Abşeron kanalının vəziyyətinə, burada da mənzərənin ürəkaçan olmadığı bildirilir. Kanalda kifayət qədər qəzalı sahələr var. Belə vəziyyətdə kanalın istismarı su itkisinə səbəb ola bilər. Kanala ümumi baxış keçirilsə, bura son illər əsaslı təmir üçün vəsaitin ayrılmadığı təsiri də bağışlanar - deyə mənbəmiz bildirir.

Faktinfo.az

“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin idarələrində yoxlamalar aparılacaq-“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin idarələrində yoxlamalar aparılacaq-“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin idarələrində yoxlamalar aparılacaq-“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin idarələrində yoxlamalar aparılacaq-
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi