“Mənə 10 min verən məmurun adını çəksin” -

“Mənə 10 min verən məmurun adını çəksin” - Əli Kərimlini deputat edəydilər, niyə məhz sən?

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin onun Prezident Administrasiyasında işləyən məmurdan ayda 10 min dollar pul alması ilə bağlı iddialarına cavab verib.

Faktinfo.az xəbər verir ki,S. Cəlaloğlu BakuPost-a açıqlama verərək Q. Həsənquliyevdən həmin məmurun adını çəkməsini istəyib: "Demir ki, Prezident Aparatından kimsə mənə 10 min dollar pul verib? Onun adını çəksin. Desin ki, filankəs mənə 10 min pul verirdi. İkincisi, sual verən lazımdır, sən kim idin ki, Sərdar Cəlaloğlu gəlib bunu sənə deyib və səndən guya, həmin məmurun pul "atmasını” araşdırmağını istəyib? Deməli PA-dakı adamın adamısan da... Sənin o adamlarla əlaqən yoxdursa, mən niyə sənin yanına gəlim? Deməli, bu şeylərin hamısında sənin əlin var”.

O, Q. Həsənquliyevi yalan danışmaqda ittiham edib: "Gözünün içinə qədər yalan deyir, böhtandır. Özündən uydurur hamısını. İstəyir ki, bizim siyasi polemikamız şəxsi müstəviyə keçsin. Onun buradakı fəaliyyəti ört-basdır olsun. O şəxsi kontekstdə nə deyir desin, məni maraqlandırmır. Mən onu bilirəm ki, o, həm parlamentdə, həm seçkilərdə, həm də cəmiyyətdə Rusiyanın sözçüsüdür. Azərbaycanı Rusiyaya tərəf dartmaqla məşğuldur”. S. Cəlaloğlu deyib ki, Q. Həsənquliyev siyasi diskussiyanı şəxsi müstəviyə çəkməklə əsas məsələdən yayınmaq istəyir:"Deyir ki, Sərdar Cəlaloğlu mənə hücum çəkib. Ondan soruşmaq lazımdır ki, sən hücuma layiq adamsan? Sən kimsən ki? Kimin dilmancısan? Sənin Azərbaycanda sözünün çəkisi varmı? Sən Əli Kərimlinin müavini idin, necə getdin filankəsin qulluqçusu oldun? Ondan soruşmaq lazımdır ki, necə olub ki, 4 dəfə deputat seçilib və onu niyə deputat ediblər? Qara-qaşına gözünə arxayın olublar? 

Sən Əli Kərimlinin müavini idin, elə idisə, Əli Kərimlini deputat edəydilər, niyə məhz sən? 

İkincisi, bizim diskussiyamızı şəxsi məsələlər üzərinə gətirməklə özünün Rusiyanın buradakı adamı olma məsələsini ört-basdır etmək istəyir. Amma bacara bilməz. Azərbaycanda hamı bilir ki, o adam ardıcıl olaraq anti-türk mövqedən çıxış edir. 

Rusiyanın buradakı qüvvələrinin təmsilçisi kimi, Azərbaycan müstəqilliyi və suverenliyinə zidd mövqedən çıxış edir. Azərbaycanın təzədən Rusiyanın boyunduruğuna salınması istiqamətində ardıcıl olaraq ideyalar səsləndirir. Onun mövqeyi budur. İstəyir ki, mən də ona şəxsi müstəvidə cavab verim, məsələ yayınsın, amma onda o qabiliyyət də yoxdur”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər