“Məni baş prokuror təyin edin, bir həftəyə Saakaşvilini ələ keçirim” –Vitse-spiker

“Məni baş prokuror təyin edin, bir həftəyə Saakaşvilini ələ keçirim” –Vitse-spiker 

“Gürcü xalqı Vahid Milli Hərəkat Partiyasını və Mixail Saakaşvilini dəstəkləmir”.

Bunu jurnalistlərə açıqlamasında Gürcüstan parlamentinin vitse-spikeri İrma İnaşvili deyib. Onun sözlərinə görə, bütün məsul idarələr Saakaşvilinin ölkəyə gətirilməsi ilə məşğul olmalıdır:

“Mənə maraqlıdır ki, niyə prokurorluq hərəkətə keçmir və niyə beynəlxalq təşkilatlarla Mixail Saakaşvilinin saxlanılması istiqamətində çalışmır?

Bizim güc strukturlarımızı hərəkətə keçmək və onu Gürcüstana gətirmək zamanı çatıb. Məni baş prokuror təyin edin və söz verirəm ki, bir həftəyə Saakaşvilini ələ keçirəcəyəm. Bu, mənim Gürcü Arzusuna təklifimdir”.

Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi