Mənim üçün deputatlıqdan daha əhəmiyyətli həyat yoldaşımın sağlamlığıdır" – RƏFAEL CƏBRAYILOV
"Həyat yoldaşım tələbə yoldaşımdır. Mənimlə bağlı internetdə gedən xəbərlər onun səhhətinə pis təsir göstərib. Ona görə də mənim üçün deputatlıqdan daha əhəmiyyətli həyat yoldaşımın sağlamlığıdır".
Bu fikirləri bu gün deputat mandantından imtina edən Rəfael Cəbraylov bildirib.
R.Cəbrayılov bundan sonra elmi fəaliyyətlə məşğul ola biləcəyini söyləyib:
"Mən 9-10 kitabım müəllifiyəm, elmi fəaliyyətim var. Düşünürəm ki, mən gələcək fəaliyyətimi universitetlərdən birində davam etdirə bilərəm".
R.Cəbrayılov bundan sonra yaşamaq üçün Azərbaycandan xaricə getməyəcəyini də deyib:
"Mən xaricdə yaşayıb qala bilmərəm. Hətta, deputat kimi xaricə səfərlər edəndə Azərbaycan üçün darıxıram".
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın