“MƏNLİK DEYİL, ÇİNGİZLİKDİR…” – Anar AYB-nin binasındakı striptiz-klub haqda…
Azərbaycan Yazıçılar Birliyinin binasında yerləşən keçmiş “26” – “Twenty six” adlı kafe başqa adla gecə klubu kimi fəaliyyətə başlayıb.
Modern.az xəbər verir ki, yeni açılan gecə klubu “Hot Room Club” adı ilə fəaliyyət göstərir. Gecə klubu axşam saat 22:00-dan səhər tezdən 06:00-a qədər fəaliyyət göstərir.
Xatırladaq ki, ötən ilin sentyabr ayında Bakının Səbail rayonu ərazisində, “Sahil bağı” yaxınlığında, Xaqani küçəsində yerləşən Azərbaycan Yazıçılar Birliyinin nəzdində olan və icarəyə verilmiş “26” - “Twenty six” kafesi qalmaqallı şəkildə bağlanmışdı.
Obyektin bağlanmasına səbəb kimi onun “26 – Bakı komissarı”nın adını daşıması göstərilmişdi. Bakı şəhərinin sabiq meri Hacıbala Abutalıbov, Səbail Rayon İcra Hakimiyyətinin sabiq başçısı Eldar Əzizov və polis əməkdaşlarının iştirakı ilə kafenin adı sökülmüş, icarəyə götürən şəxs isə saxlanılmışdı.
Unikal.org məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyininin sədri Anar Rzayevlə əlaqə saxlayıb.
Anar Rzayev məsələdən xəbərdar olmadığını və bu işlə bağlı AYB-nin katibi, yazıçı Çingiz Abdullayevlə əlaqə saxlamağı tövsiyyə edib: O, qeyd edib ki, sözügedən obyekti Çingiz Abdullayev icarəyə verib.
Çingiz Abdullayev isə Unikal.org-a açıqlamasında faktı dolayı yolla təsdiqləyib:
“Mən bilirəm orada oynayanlar var. Amma obyektdə striptiz şounun nümayiş etdirilməsindən xəbərsizəm. Əgər həqiqətən də belə bir fakt olarsa, biz icarə müqaviləsinə xitam verəcəyik. Baxmayaraq ki, müqavilənin bitməsinə 4 ay vaxt qalıb”.
Qeyd edək ki, bu klubun sahibi Roşka Roş adlı reperdir. “Hot Room Club”da açıq-saçıq geyinən qızlar müştəriləri əyləndirib, striptiz şoualar göstərirlər.
Bu xəbər üçün şərh yazın