Mərkəzi Elmi Kitabxanada baş verən oğurluq hadisəsinə dair məhkəmə başlayıb

Mərkəzi Elmi Kitabxanada baş verən oğurluq hadisəsinə dair məhkəmə başlayıb 

Ötən il Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasından ümumi dəyəri 122.567 min manat olan 113 ədəd noutbook və kompüterin oğurlanmasına dair məhkəmə prossesi başlayıb.

Faktinfo.az xəbər verir ki, Mərkəzi Elmi Kitabxanada  baş verən oğurluq hadisəsinin istintaqı Yasamal Rayon Polis İdarəsi və Bakı şəhər Baş Polis İdarəsi tərəfindən aparılıb.Mərkəzi Elmi Kitabxanada oğurluq hadisəsini törətməkdə təqsirli bilinən,orada  fəhlə işləyən Ələkbərov Orxan Xələf oğlunun işi məhkəməyə göndərilib. 

Qeyd edək ki,baş verən oğurluq hadisəsindən sonra 12 avqust 2018-ci il tarixində kitabxananın direktor müavini Fuad Aslanov Yasamal rayon Polis İdarəsinə 3 ədəd noutbook oğurlanması ilə bağlı ərizə təqdim edib. 4 sentyabr 2018-ci il tarixində isə Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova ümumi dəyəri 122.567 min manat olan 113 ədəd kompüter və noutbook oğurlanmasına dair ikinci bir ərizə ilə polis idarəsinə müraciət edib.Müavin və direktorun Yasamal rayon Polis İdarəsinə təqdim etdikləri ərizələr 23 gün fərqlə təqdim olunub və tamam fərqli rəqəmlərlə əhatələnib. Bu cür yanaşma narahatçılıq yaradıb və AMEA-nın prezidenti və vitse- prezident İsa Həbibbəyli tərəfindən iclasda müzakirəyə qoyulub.“İntizam, tənbeh tədbirlərinin görülməsi barədə” qərar çıxarılıb və kitabxanada işləyən  bir neçə şəxsin vəzifədən azad edilməsi barədə qərar qəbul edilib.Lakin sonradan istintaq tədbirlərinin aparılması  nəzərə alınıb və “İntizam, tənbeh tədbirlərinin görülməsi barədə” qərar müvəqqəti təxirə salınmaqla vəzifəli şəxslərin işlərini davam etdirmələri məqsədə uyğun bilinib.

Onu da qeyd edək ki, baş verən hadisədən sonra KİV-lərdə digər diqqət çəkən məlumatlarda yayılmışdı.Yayılan məlumatlarda bildirilirdi  ki, Leyla İmanova AMEA-nın Mərkəzi Elmi Kitabxanasına direktor təyin edildikdən sonra mühüm vəzifələrə öz qohumlarını təyin edib.Qardaşının kürəkəni, həyat yoldaşı Nazim İmanovun isə bacısı oğlu Ruzi Məmmədovu Yüksək Texnologiyalar və Layihələr üzrə direktor müavini təyin edib.Ruzi Məmmədovun  isə dostu Aslanlı Fuad Çingiz oğlunu ümumi işlər üzrə direktor müavini təyin etdirməsinə dair məlumatlar yayılmışdı.Hətta qeyd edilirdi ki, məsələ o həddə olub ki, Leyla İmanova bibisi oğlu İbad Əliyevi də özünə müavin gətirib. Rəqəmsallaşma şöbəsinə xalaoğlu, kitabxana xidməti şöbəsinə rəfiqəsi Aygün Səfərovanı rəhbər təyin edib. Bu təyinatların  AMEA-nın vitse- prezidenti, bu sahəyə birbaşa məsul şəxs İsa Həbibbəyli ilə razılaşdırılmaması belə saytlarda yayımlanmışdı. 

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi