Mərkəzi Neftçilər Xəstəxanasından yayılan xəbərə irad bildirildi
Mərkəzi Neftçilər Xəstəxanasından bir sıra saytlarda tenderlə bağlı yazılan xəbərə münasibət bildirilib.
Mərkəzi Neftçilər Xəstəxanasından Faktinfo.az-ın sualına cavab olaraq bildirilib ki,tenderin qalibini xəstəxana rəhbərliyi yox,İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti müəyyən edir.Yəni "RABALON" MMC-nin tenderin qalibi olmasının onlara heç bir aidiyyatı yoxdur.
Məsələ ilə bağlı Mərkəzi Neftçilər Xəstəxanasının satınalmalar şöbəsinin müdiri Elçin İsmayılovun mövqeyi: "17 apreldə tender elan etmişik və 4 mayda zərf açılıb. Qanunverciliyə görə, 21 blank günü ərzində bunu qiymətləndirməliyik. Biz də yekun protokol hazırlayıb Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndərmişik.Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də bizdən yenidən sənədləri toplamağımızı istəyib.Onlar vergi borcunun da əks olunduğu sənədləri 11 iyul tarixində qeydə alıb,"RABALON" MMC-nin sənədinə müsbət rəy verilib.Yekunda iyul ayının 15-də bizimlə müqavilə imzalanıb.
Digər tərəfdən rəsmi sənədə əsasən bildiririk ki,əvvəlki aylarda "RABALON" Məhdud Məsuliyyətli Cəmiyyətin dövlət büdcəsinə vergilər üzrə borcu olmayıb.MMC-nin vergi borcu olubsa belə,bu müddət 2023-cü ilin 2-ci rübünə aid ola bilər və xəstəxana ilə bağlanmış müqavilədən sonrakı tarixə təsadüf edir.
Bu mənada Mərkəzi Neftçilər Xəstəxanasının "Firewall Fortigate 81F ( FGT81FTK21000935 ) standart lisenziyanın satın alınması" ilə bağlı elan etdiyi tenderə şübhə ilə yanaşmaq düzgün deyil.O cümlədən,"RABALON" MMC-nin 3.599 AZN dəyərində tenderin qalibi olması xəbərini "Mərkəzi Neftçilər Xəstəxanası 50 min manatdan çox vergi borcu olan şirkəti qalib seçdi" başlığı altında yaymaq,bunu xəstəxananın adı ilə bağlamaq,ədalətsizlikdir."
Faktinfo.az
Bu xəbər üçün şərh yazın