Mərkəzi Neftçilər Xəstəxanasında qalmaqal –

Mərkəzi Neftçilər Xəstəxanasında qalmaqal – Xəstəxananın direktoru narazılıq yaradır

Mərkəzi Neftçilər Xəstəxanasında bəzi işçilərlə rəhbərlik arasında narazılıqlar yaranıb

Bu barədə xəstəxanada tibb bacısı işləyən Könül Əziz qızı Abdullayeva BAKU.WS-ə şikayətində bildirib. O, xəstəxananın direktoru Ülvi Mirzəyevdən şikayətlənib.

“Mən Abdullayeva Könül Əziz qızı Mərkəzi Neftçilər Xəstəxanasında çalışıram. Xəstəxanamızda özbaşınalıq baş alıb gedir. Yeni təyin olunmuş Ülvi Mirzəyev İşçiləri incidir, maaşları azaldır, yüzə yaxın ştatdan kənar xəstəxanaya işçi göturub”, - deyə K. Abdullayeva bildirib.

Şikayətçi xanım bildirib ki, 01.11.2018 tarixindən etibarən xəstəxanaya direktor təyin olunmuş Mirzəyev Ülvi xəstəxanada özünün istədiyi qanunlari tətbiq edib:

“O, tutduğu vəzifəsindən sui-istifadə edir, özünün gətirdiyi tibbi personala yüksək maaş verir. Bu xəstəxanada uzun illər çalışmış olan işçilərə isə öz personalından 3 dəfə aşağı maaş verir, onların şikayətlərini dinləmir. İşçilərlə pis rəftar edir. 12 il bu şöbədə çalışmağıma baxmayaraq, səbəbsiz yerə məni başqa şöbəyə keçməyə məcbur edib”.

Məsələ ilə əlaqədar Ülvi Mirzəyevlə əlaqə saxladıq. Xəstəxananın direktoru açıqlamasında bildirib ki, haqqında deyilənlərin hamısı yalandır.

“Biz Könül Abdullayevanı başqa şöbəyə keçirmişik, maaşını da eyni məbləğdə saxlamışıq. Əgər o, həqiqətən də dürüst olsaydı, bunları deməzdi. Əslində problem odur ki, o, burada alver edirdi. Burada xəstələri pul qarşılığında müxtəlif həkimlərə “satırdı”.

Bu ciddi xətadır. Buna görə, onu işdən qova da bilərdik. Lakin biz onun şöbəsini dəyişdik ki, bu əməlləri edə bilməsin. İllərdir bu şəbəkəni qurub, indi biz ona imkan vermədik deyə, narazı oldu. İndi sağda-solda ağzına gələni danışır”, - deyə Ülvi Mirzəyev bildirib.

Xəstəxananın direktoru deyir ki, tibb bacısı keçdiyi yeni şöbədə istədiyini edə bilməyəcək:

“O. əvvəllər kardioloğiya şöbəsində işləyirdi, indi onu daxili xəstəliklər şöbəsinə yerləşdirdik. Əvvəlki şöbədə dəhlizdə xəstələrlə danışıb, onları razılaşdığı həkimlərin yanına göndərirdi. İndi isə dializli xəstələr gəlir, onlara pulsuz xidmət göstərir”.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi