Məşhur akademikdən Qüdrət Həsənquliyevə “erməni” ittihamı – ŞOK SÖZLƏR

Məşhur akademikdən Qüdrət Həsənquliyevə “erməni” ittihamı – ŞOK SÖZLƏR 

"Qüdrət Həsənquliyev birinci dəfə deyil ki, öz subyektiv fikirləri ilə qarşıdurma yaradır, seçicilərinə hörmətsizlik edir”.

Bakupost.az-ın xəbərinə görə, bu fikirlərin müəllifi akademik İsmayıl Hacıyevdir. O, deputat, BAXCP sədri Qüdrət Həsənquliyevin Naxçıvan barədə səsləndirdiyi tənqidi açıqlamalarını cavab xarakterli yazı ilə çıxış edib.

Akademik yazır ki, Q.Həsənquliyev Naxçıvanın muxtariyyət statusu ilə bağlı ictimaiyyəti çaşdırır. İ.Hacıyev biraz da irəli gedərək, BAXCP sədrini ermənilərlə eyni mövqedə olmaqda ittiham edib: "Ötən əsrin 90-cı illərində radikal müxalifət nümayəndələri Naxçıvanın muxtariyyət statusuna qarşı çıxırdılar. Ermənilər də uzun illərdir ki, Naxçıvanın muxtariyyət statusunu ləğv etməyə çalışırdılar. Siz də həmin mövqedə durursunuz. Bu nə ilə bağlıdır? Düşündürücü sualdır”.

Müəllif yazısında son illərdə Naxçıvanda görülən işləri sadalayıb və Q.Həsənquliyevin tənqidlərinin əsassız olduğunu bildirib: "Bütün bunlarla bərabər problemlər də yox deyil. Bunların da həlli təbii ki, vaxt tələb edir. Axı əvvəllər qeyd olunanların heç biri yox idi. Siz görülən işləri yox, xülyalarınızı dilə gətirirsiniz. Söz demək ayrı, iş görmək ayrı. İş görməyi bacarmayanlar söz pəhləvanları olurlar. Naxçıvanda isə işlər ən yüksək idarəetmə bacarığı ilə vaxtında, sistemli və ardıcıl olaraq görülür”.

İ.Hacıyev daha sonra sual edir ki, hansı ölkədə, hansı cəmiyyətdə problemlər yoxdur? "Problemlər məlumdur, vaxtı çatdıqca onlar aradan qaldırılır. Bunlardan əbəs yerə narahat olursunuz. Belə "narahatçılıq” deputat adını daşıyan adama yaraşmaz. Bunlar sizə başucalığı gətirməz. Sizin haqsız iradlarınız və yersiz təklifləriniz muxtar respublika sakinlərinin tam əksəriyyətinin haqlı narazılığına səbəb olub. Sizdən əvvəl həmin dairədən seçilən deputatın vəziyyətinə düşməmək üçün dediyiniz fikirlərə, verdiyiniz müsahibələrə, fəaliyyətinizə bir daha diqqət yetirsəniz, elə bilirik daha düzgün olar”. Qeyd edək ki, Q.Həsənquliyev son günlər Naxçıvan MR və Vasif Talıbov barədə ardıcıl tənqidi fikirlər səsləndirib. Deputat Naxçıvanda illərdir heç bir iş görülmədiyini, əhalinin vəziyyətinin pis olduğunu deyib, Naxçıvan Gömrük Komitəsinin və hətta Naxçıvanın muxtar respublika statusunun da ləğv edilməli olduğunu bildirib.

Bu fikirlər isə qarşı tərəfdə böyük hiddət yaradıb. Bir neçə millət vəkili və tanınmış şəxslər partiya sədrini tənqid edən yazılarla çıxış edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi