Məşhur "ASXİ" əvvəlki nüfuzunu yenidən bərpa edir

Məşhur "ASXİ" əvvəlki nüfuzunu yenidən bərpa edir 

Azərbaycan Kənd Təsərrüfatı İnstitutu,indiki Azərbaycan Dövlət Aqrar Universiteti vaxtilə respublikamızın ən nüfuzlu ali məktəblərindən biri sayılırdı.Xalq arasında "ASXİ"kimi tanınan bu ali məktəbdə aqranom,zootexnik,baytar həkim və.s ixtisaslar üzrə kadrlar hazırlanırdı ki,həmin mütəxəssislər də tək Azərbaycanda deyil,bütün Sovet İttifaqında mühüm sektor sayılan kənd təsərrüfatının inkişafına xidmət edirdilər.

Lakin 1991-ci ildə Sovet İttifaqının dağılması ilə sanki bu təhsil ocağının da "tifağı dağıldı". Mühüm olan torpaq islahatlarından sonra kənd təsərrüfatı mütəxəssislərinin böyük əksəriyyəti işsiz qaldı.Bundan sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda, bir neçə il sonra Azərbaycan Kənd Təsərrüfatı Akademiyası adlanan bu ali məktəbdə oxumaq istəyənlərin sayı kəskin azaldı.Demək olar ki,qəbula gələn yox idi.Hətta test imtahanları zamanı keçid balının 150,daha sonra 100-ə endirilməsi də işə yaramadı və plan yerləri dolmadı.Bu vəziyyət son 3-4 ilə qədər davam etdi.

Lakin sonradan qeyri-neft sektorunun inkişafı,kənd təsərrüfatının dirçəldilməsi ilə bağlı dövlət səviyyəsində görülən işlər vəziyyəti dəyişməyə başladı.Artıq son 4 ildə Azərbaycan Dövlət Aqrar Universiteti adlandırılan bu təhsil ocağında əsaslı işlər görüldü,forma və məzmun  dəyişikliyi  baş verdi.Axrıncı 2 ildə isə bütün işlər ən ali səviyyədə yüksələn xətlə inkişaf etməyə başladı.Hər şeydən əvvəl ADAU-nun maddi-texniki bazası tam şəkildə yeniləndi , laboratoriyalar yenidən quruldu ,ən müasir texnologiyalar tətbiq edilməyə başladı.

Taxılçılıq,üzümçülük,pambıqçılıq,quşçuluq və s.sahələr üzrə təcrübə sahələri yaradıldı.Tələbələrin nəzəri biliklərinin üzüm,taxıl pambıq v s.sahələrdə  tətbiqi davamlı şəkil aldı.Tədris prosesində şəffaflıq və obyektivlik əsas prinsipə çevrildi.

Son 1 ildə isə kənd təsərrüfatının inkişaf etdiyi Polşa, Macarıstan,Bolqarıstan və digər ölkələrlə əməkdaşlıq yaradıldı,təcrübə mübadilələri həyata keçirildi.Bütün bu işlər təbii ki,öz bəhrəsini verir və bundan sonra da verəcək.Onu da qeyd etmək yerinə düşər ki,ADAU-da tələbələrin 75 faizi əyani şöbədə təhsil alır.Ayrı-ayrı bölgələrdən gələn bu tələbələrin böyük əksəriyyəti vaxtilə kirayə evlərdə yaşayırdılar ki,bu bir çox problemlər yaradırdı.Artıq bu məsələ də öz həllini tapıb.Belə ki,ilk addım kimi 2014-cü ildə əsası qoyulan 520 yerlik yataqxana 2016-cı ildə istifadəyə verilib və onun açılışında Prezident İlham Əliyev də iştirak edib.

Bir neçə gün əvvəl yaşanan xoş hadisə isə yəqin ki,ADAU tələbələrinin yaddaşından heç vaxt silinməyəcək.Belə ki,Dövlət başçısı İlham Əliyevin iştirakı ilə yeni yataqxana kompleksinin açılışı olub.Əsası 2015-ci ildə qoyulan və 2 ilə istifadəyə verilən  bu kompleks 5 korpusdan ibarətdir və 640 min  kvadrat metri əhatə edir.Buradakı 257 otağın hamısı mebellə və digər zəruri əşyalarla təchiz edilib.Ərazidə kafe,idman zalı,kitabxana,istirahət guşəsi və s. fəaliyyət göstərir.Tam Avropa standartlarına uyğun olan bu yaşayış kompleksinə hətta paytaxt Bakıdakı əksər ali təhsil müəssisələri həsəd apara bilər.Təsadüfi deyil ki,ADAU-nun tələbələri özləri də etiraf edirlər ki,heç onların çoxunun evində bu cür komfort şərait yoxdu.

Əlbəttə,bütün bu uğurlar ilk növbədə Prezident İlham Əliyevin adı ilə bağlıdır.Məhz Dövlət başçısının kənd təsərrüfatının inkişafına ,bu sahədə layiqli kadrların hazırlanmasına verdiyi önəm,göstərdiyi diqqət və qayğı hazırkı naliyyətlərə gətirib çıxarıb.Eyni zamanda,Kənd Təsərrüfatı naziri Heydər Əsədovun,Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin də ADAU-nun uğurları naminə gördükləri işlər yüksək qiymətləndirilməlidir.

ADAU-nun rektoru,AMEA-nın müxbir üzvü,professor İbrahim Cəfərov da dövlət səviyyəsində göstərilən qayğıdan bəhrələnərək, günün  15-16 saatını bu işlərə həsr edir,rəhbərlik etdiyi ali məktəbin daha böyük uğurlar qazanması naminə hər cür çaba göstərir.Elə son illərdə professor İ.Cəfərovun bir neçə dəfə beynəlxalq səviyyəli mükafatlara, fəxri adlara layiq görülməsi də onu subut edir ki,həm rektor özü ,həmdə rəhbərlik etdiyi ali məktəb doğru yoldadır və bu yol bundan sonra daha böyük zəfərlərə aparıb çıxaracaq.

Səadət Heydərova

 Faktinfo.az


Məşhur "ASXİ" əvvəlki nüfuzunu yenidən bərpa edirMəşhur "ASXİ" əvvəlki nüfuzunu yenidən bərpa edirMəşhur "ASXİ" əvvəlki nüfuzunu yenidən bərpa edir
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər