Məşhur blogerin görüşünə minlərlə insan gəldi – “28 Mall”da insident
Rusiyada yaşayan məşhur azərbaycanlı bloger Hüseyn Həsənov Bakıda görüş təşkil edib.
“28 Mall” ticarət mərkəzində baş tutan görüşdə insident yaşanıb. Belə ki, blogerin görüşə gələn şəxslərə telefon və pul paylayacağı barədə gəzən xəbərlər orya böyük insan kütləsinin yığışmasına səbəb olub. H. Həsənov oradan uzaqlaşmaq istədikdə isə insanlar onun arxasınca qaçmağa başlayıb.
Kütlə ticarət mərkəzinin şüşələrindən birini çıxarıb, hadisə yerinə polis cəlb olunub.
Qeyd edək ki, H. Həsənov instagram-da kifayət qədər populyardır. O, Rusiyanın TNT telekanlında yayımlanan “Comedy club” verilişində qonaq olarkən sosial şəbəkədə paylaşdığı bir videoya 20 milyon baxış gəldiyini və hər videodan 600-700 min rubl, yəni 18 min manat qazandığını açıqlamışdı.Baku Post.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın