Mətanət İsgəndərli ilə barışan Canana: “Mülkdən, torpaqdan və alimentdən imtina etdim”

Mətanət İsgəndərli ilə barışan Canana: “Mülkdən, torpaqdan və alimentdən imtina etdim” 

Bir neçə həftə əvvəl qayınanası, Əməkdar artist Mətanət İsgəndərli ilə barışan Canana barışığın təfərrüatını açıqlayıb.

Bu barədə o, MTV-də yayımlanan “MTV Maqazin” verilişinə bildirib.


Canana iki oğlu və bir qızı ilə yaşamaq üçün ona düşən paylardan imtina etdiyini etiraf edib:


“Mülkdən, torpaqdan və alimentdən imtina etdim. Ömür boyu da heç bir iddia qaldırmayacağımı rəsmi sənədlə təsdiqlədim. Amma övladlarımın üçü də məndə qalacaq. İndi uşaqlarım nənələri ilə qalırlar. Övladlarım ögey ana yanında qalsaydılar, buna qətiyyən icazə verməzdim. Onları yanıma gətirərdim”.


Əməkdar artist Mətanət İsgəndərli isə keçmiş gəlini ilə barışmasına belə reaksiya verib:


“Mən sülh və barışıq adamıyam. Kin-küdurət mənlik deyil. Davanı qətiyyən sevmirəm. Bu, uşaqlara da təsir edir. Biz nə ediriksə, uşaqların xətrinə edirik və eləməliyik. Həyatımızda bizim övladlarımız varsa, ana oldunsa, uşaqların üçün yaşamalısan. Həyatı mən məhz bu cür başa düşürəm”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi