“Metsamor”AES regionun ətraf mühitinə təhdiddir"

“Metsamor”AES regionun ətraf mühitinə təhdiddir" -DEPUTAT

Ermənistan ekoloji terroru dava etdirir. Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində - Arazdəyən kəndində illik istehsal gücü 180 min ton olan iri metallurgiya zavodunun inşasının layihəsi bölgədə yeni fəlakətə yol açacaq.

Ona görə də Azərbaycanlı ekoloqlar etiraz bəyanatı yayaraq dünya ictimaiyyətinin diqqətini bu məsələyə yönəldib. Maraqlıdır ki, tikintiyə 70 milyon dollar ABŞ sərmayəsi yatırılacaq. Yəni bu sərmayə zəhərli kimyəvi tullantıların bölgədəki ekosistemə böyük zərbə vurmasına yatırılır.

Nəzərə alsaq ki, tullantıların Araz çayına axıdılması riski həm çaydakı bioresurslar, həm də Arazın suyundan suvarma üçün istifadə edilən geniş təsərrüfatlar üçün ciddi təhlükədir.

Ermənistanın dağ-mədən sənayesində heç bir beynəlxalq standartlara əməl edilməməsi həm Azərbaycan, həm də ümumilikdə bölgə üçün ciddi ekoloji təhdid yaradır. Halbuki müvafiq beynəlxalq konvensiyaya görə Ermənistan bu layihəni mütləq Azərbaycan tərəfi ilə razılaşdırmalı idi. Amma Ermənistan bunun əksini edərək, növbəti dəfə beynəlxalq hüququn norma və prinsiplərini pozur.

Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Məlumdur ki, “Metsamor” AES uzun illərdir regionun ətraf mühitinə təhdiddir. Eyni zamanda 30 illik işğal dövründə Qarabağda törədilmiş geniş miqyaslı ekoloji faciələr, yüksək kimyəvi tərkibli istehsalat sularının təmizlənmədən Oxçuçaya axıdılması faktları da dünyanın gözü qarşısında baş verir.

Bu illər ərzində qeyri-qanuni olaraq təbii sərvətlərin istismarı və mənimsənilməsi həyata keçirilib.

Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ekoloji terror prosesində xarici, xüsusilə də Qərb şirkətlərinin iştirakına dair çoxsaylı faktlar mövcuddur. Ermənistanın Oxçuçayda Azərbaycana qarşı həyata keçirdiyi ekoloji terrorda Almaniya şirkətinin iştirak etdiyi təsdiqini tapdıqdan və Azərbaycan ictimaiyyətinin bu məsələni beynəlxalq səviyyədə gündəmə gətirməsindən sonra Almaniya hökuməti problemdən diqqəti yayındırmaq üçün mediada Azərbaycana qarşı kampaniya təşkil etdi. Burada söhbət ekosid kimi qlobal təhlükədən, Xəzər hövzəsinin çirklənməsindən gedir. Yəni, məsələ kifayət qədər ciddidir.

Deputat onu da qeyd edib ki,oxçuçayın çirklənmiş kadrlarını izlədikdə orada nadir balıq növlərinin məhv olduğunu görürük.Mövcud faktlar Ermənistanın ekosid cinayətinə görə beynəlxalq hüquq qarşısında cavab verməsi üçün yetərlidir. Törətdiyi ekoloji cinayətlərlə Ermənistan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin, xüsusilə də hər kəsin sağlamlığının təmin edilməsinə dair 3-cü, təmiz su və sanitariya ilə bağlı 6-cı, iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizəyə dair 13-cü, torpaq ekosisteminin mühafizəsi üzrə 15-ci məqsədlərinin ziddinə hərəkət edir. Ona görə də beynəlxalq səviyyədə məsələyə reaksiya olmalı, bu ekoloji cinayətlərin qarşısı alınmalıdır,deyə-Könül Nurullayeva vurğulayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər