Məzar başında 12 il keşik çəkən it öldü
Argentinada 12 il öncə həyatını itirən sahibinin məzarı başından ayrılmayan Kapitan adlı it ölüb.
Faktinfo.az xəbər verir ki, Argentinada 2006-cı ildə ölən sahibinin məzarı başında yaşayan Kapitan, yenə onun məzarı başında ölü tapılıb. Məzarlığa baxanlar və ətrafdakı qonşular tərəfindən bəslənilən 15 yaşındakı itin son zamanlarda xəstə olduğu bildirilib.
Kapitan, Argentinanın Villa Karlos Paz şəhərində yaşayan Migel Guzmanın iti idi. Guzmanın 12 il öncə həyatını itirməsindən sonra evin iti Kapitan yoxa çıxıb. Ailə üzvləri elan verərkən onu evdən çox uzaqda yerləşən qəbristanlıqda tapıblar.
Qəbristanlığın müdiri Hektor Bakseqa mətbuata verdiyi açıqlamada iti heç kimin məzarlığa gətirmədiyini və Kapitanın hər gün müəyyən saatlarda Guzmanın məzarı başında yatdığını bildirib.
Buna bənzər bir olay 1924-cü ildə Yaponiyada da baş verib. Xatiko adlı it sahibi öldükdən sonra 9 il boyunca onun hər gün gəldiyi metro stansiyasının qarşısında gözləyib. Bu it haqqında "Xatiko. Bir itin hekayəsi" adlı film də çəkilib.
Bu xəbər üçün şərh yazın