MİDA-nın cinayəti də sübut olundu, Təhməzov yerində qaldı... - AXI NİYƏ?!
“İnşaatçılar” günü münasibətilə ölkədə tikinti kompleksinin inkişafında xidmətlərinə görə bir qrup inşaat işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi siyahısında Fərhad Təhməzovun da adını görəndə məəttəl qaldıq.
Söhbət Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin ( MİDA ) tabeliyində fəaliyyət göstərən “MİDA” MMC-nin direktoru Fərhad Təhməzovdan gedir.
Gəlin, bu adamın keçmişinə və bu gününə qısa nəzər salaq və onda bu adamın əsl kimliyi sizlərə də bəlli olacaq.
Bu adam uzun müddət Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun direktoru olub və 2016-cı ildə Mənzil İnşaatı Dövlət Agentliyinin tərkibindəki MİDA MMC-nin direktoru təyin olunub.
Məlumat üçün qeyd edək ki, Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun direktoru olan, millət vəkili Ayaz Orucov vəzifəsindən məhz korrupsiya əməllərinə görə uzaqlaşdırıldı və Fərhad Təhməzovu Fonda direktor təyin edəndə düşündülər ki, bəlkə korrupsiyanın həcmini azaldar. Amma…
Əmması odur ki, Fərhad Təhməzov Fondun yüz milyonlarını elə mənimsədi ki, Ayaz Orucovun atasına rəhmət oxutdu.
Onu da qeyd edək ki, Fərhad Təhməzov mənimsədiyi milyonları qardaşları Ataş Təhməzovun və QİDA-nın indiki rəhbəri Qoşqar Təhməzli vasitəsilə biznes sahəsinə yönəltdi.
Məlumat üçün qeyd edək ki, tikinti biznesində çalışan Ataş Təhməzov dövlət çevrilişi cəhdi ilə bağlı həbs olunan Prezident Aparatının şöbə müdiri Akif Muradverdiyevlə və Əli İnsanovla birgə həbs olunsa da, sonra hansısa sirrli əl onu xilas edə bildi.
Qoşqar Təhməzli isə qardaşı Fərhadın milyonlarını Azərbaycanda açılan özəl klinikalar üçün xarici ölkələrdən tibbi aparatura və avadanlıqlar alınması və satılması biznesinə yatırdı.
Hələ bu harasıdır..?
Fərhad Təhməzovun oğlu İsrafil Təhməzov da Rusiya və Türkiyədə tikinti materiallarının biznesi ilə məşğul olur. Və dəfələrlə vergidən külli miqdarda yayınmaya görə, məhkəməyə verilib.
Hələ bu da harasıdır..?
Fərhad Təhməzov və qızı Fidan Təhməzlinin Türkiyədə “İlahi inşaat” adında ortaq biznesləri var.
Təsəvvür edirsiniz, biznesin 60 faizi atanın, 40 faizi balasının payına düşür.
Fərhad Təhməzov sanki başını soxub korrupsiyanın içinə elə bilir ki, görən yoxdur. Elə bilir ki, bəzi dindarlarla ortaq biznesindən xəbərimiz yoxdur.
Bəli, Fərhad Təhməzov milyonluq tenderləri verməklə yüz milyonları mənimsədi.
Onu da qeyd edək ki, Fondun maliyyə resurslarını əsasən Dövlət Neft Fondu təmin edirdi.
Yəni Fərhad Təhməzov neftdən gələn milyonlara şərik oldu.
Bütün bunlar ortada ola-ola Fərhad Təhməzov 2016-cı ildə “MİDA” MMC-yə rəhbər təyin olundu.
Yəni Fərhad Təhməzovun hər iki vəzifəsi dövlət əhəmiyyətli post olub.
Birinci dəfə Fondun direktoru olanda yüz minlərlə qaçqın və məcburi köçkünlərin talehi ilə “oyun” oynayıb.
MİDA isə heç də məcuri köçkün və qaçqın problemindən zəif deyil. Belə ki…
Sovet dövründə vətəndaşlar növbəlilik əsasında heç bir manat da xərcləmədən mənzillə təmin olunurdular. Hətta gənc mütəxəssislər 3 il müddətində mənzil alırdılar. Hətta ailəvi yataqxanalar var idi. Yəni sözün əsl mənasında kommunizm…
Amma bütün bunlar artıq keçmişdə qalıb. İndi yüzlərlə, minlərlə gənc mənzil problemi səbəbindən ailə qura bilmir, az təminatlı insanlar var və s..
Bütün bunları nəzərə alan cənab Prezident çox humanist addım ataraq 2016-cı il 11 aprel tarixli 858 nömrəli Fərmanı ilə ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, sosial müdafiəsini gücləndimək, mənzil-məişət şəraitini yaxşılaşdırmaq, onların GÜZƏŞTLİ şərtlərlə mənzil əldə etmələrinə şərait yaratmaq məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyi ( MİDA ) yaratdı.
Prezidentin bu layihəsi sözün həqiqi mənasında böyük miqyaslı, dövlət əhəmiyyətli və millətin gələcəyinə hesablanmış layihə idi. Ölkə başçısının bu xoş məramlı, nəcib və eyni zamanda bu MİQYASDA təşəbbüsünü Fərhad Təhməzov kimilər…gəlir mənbəyinə çevirdi.
Təsəvvür edirsiniz, Prezident pulsuz olaraq Bakı şəhərində MİDA üçün geniş torpaq sahəsi ayırır, maddi-texniki baza ilə təmin edir. Məqsəd tikilən binalardakı mənzilləri GÜZƏŞTLİ şərtlərlə loru dildə desək KASIB təbəqəyə satmaqdır.
Amma MİDA-nın keçirdiyi sonuncu seçimdə 442 mənzili 5-10 dəqiqəyə kimlərəsə satması cəmiyyətdə böyük rezonans doğurdu.
442 mənzili necə 5-10 dəqiqəyə satmaq olar.
Sonra bəlli oldu ki, mənzilləri loru dildə desək kasıb təbəqə deyil, yenə harınlamış məmurlar alaraq kirayə mənzil bizneslərini genişləndirirlər.
Bəli, bir neçı xakeri həbs etdilər. Amma əslində Fərhad Təhməzov həbs olunmalı idi.
Və əminik ki, cənab Prezidentin sonuncu çıxışında dediyi təmizlənmə prosesi yaxın zamanda Fərhad Təhməzova da çatacaq.
Və Fərhad Təhməzov Məcburi Köçkünlərin Sosial İnkişafı Fondundan, indi isə MİDA-dan mənimsədiyi yüz milyonları dövlətə qaytarmalı və üstəlik layiq olduğu cəzanı almalıdır.
Həbs növbəsi sənindir cənab Fərhad Təhməzov.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli Fərhad Təhməzovun qardaşıdır.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq./gundelik-baku.com
Bu xəbər üçün şərh yazın