“Mikayıl Cabbarovun vergi sahəsindəki təcrübəsinə bələd deyilik”
“Bu təyinatların siyasi tərəfini cənab Prezident bilir”Bu fikirləri açıqlamasında prezident İlham Əliyevin sərəncamı ilə həyata keçirilmiş son nazir təyinatlarına münasibət bildirən millət vəkili Vahid Əhmədov deyib:
“Bildiyiniz kimi, vergilər ən mühüm strateji sahələrdən biridir. Vəzifədən azad edilən Fazil Məmmədov vergi sahəsi üzrə çox təcrübəli kadr idi və onun öz postunda uzun müddət qalmasında da bu amilin böyük rolu vardı.
Ancaq cənab Prezident onu vəzifədən azad edərək, yerinə Mikayıl Cabbarovu təyin edib. Bu təyinata görə Mikayıl Cabbarovu təbrik edirəm, uğurlar arzulayıram.
Onu da deməliyəm ki, biz Mikayıl Cabbarovun vergi sahəsində nə qədər təcrübəsi olduğunu bilmirik, bunu onun fəaliyyəti göstərəcək.
Məsələnin siyasi tərəfinə gəldikdə isə bunu cənab Prezident bilir və vacib saydığı qərarları qəbul edir”.(Yenicag.Az)
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın