Millət vəkili Kamaləddin Qafarov növbəti dəfə seçiciləri ilə görüşüb

Millət vəkili Kamaləddin Qafarov növbəti dəfə seçiciləri ilə görüşüb 

Bakı şəhəri 9 saylı Binəqədi ikinci seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarovun fevralın 22-də YAP Binəqədi Rayon Təşkilatının binasında seçiciləri ilə növbəti görüşü olub.

Millət vəkili hər bir seçicini fərdi qaydada qəbul edib, onların qaldırdıqları məsələləri dinləyib.Seçicilərin qaldırdıqları problemlər, əsasən, sosial yönümlü olub.

Faktinfo.az xəbər verir ki, ayrı-ayrı sakinlər arasında  şəxsi məişət problemləri ilə bağlı  millət vəkilinə müraciət edənlər də olub. Bəzi məsələlər yerindəcə həll edilmiş, digər problemlərin araşdırılması və həlli ilə bağlı konkret tapşırıqlar verilmişdir.Görüş əsnasında millət vəkili  son illər ölkəmizdə aparılan  abadlıq-quruculuq işlərindən, xalqın sosial rifahına yönəldilən irimiqyaslı layihələrdən, beynəlxalq səviyyədə ölkəmizin artan nüfuzundan, ordu quruculuğundan, Azərbaycanın iqtisadi yüksəlişindən, dayanıqlı inkişafından da söhbət açıb. M.Qafarov gələcəkdə də yeni qələbələrə və uğurlara imza atmaq üçün seçiciləri daha fəal və qətiyyətli olmağa səsləyib.

K.Qafarov 2019-cu ildə ölkə qarşısında duran prioritet iqtisadi və siyasi hədəflərdən də danışıb. O, qeyd edib ki, bu il ölkə üzrə islahatların faktiki olaraq üçüncü inkişaf mərhələsinə qədəm qoyması, gələcəkdə Azərbaycana çox böyük iqtisadi və sosial dividentlər gətirəcəkdir. Mininmum əmək haqlarının, pensiyaların, müxtəlif adlı təqaüdlərin əhəmiyyətli dərəcədə artırılması, sahibkarlığın intensiv inkişafına yönəlmiş vergi islahatları, struktur dəyişiklikləri, ictimai-iqtisadi və siyasi həyatın bütün sahələrində şəffaflıq, neqativ hallara qarşı barışmaz mübarizə bu islahatların ayrılmaz hissəsidir.

Millət vəkili əmin onu da bildirib ki, bu taleyüklü məslələrin həllində Binəqədi rayonunun bütün zəhmətkeşləri Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin ətrafında sıx şəkildə birləşəcək, ölkəmizdə dayanıqlı iqtisadi-siyasi sabitliyin bərqərar olması üçün daim dövlət və dövlətçiliyimizin qorunması üçün səylərini əsirgəməyəcəklər.

Görüşdə çıxış edən seçicilərdən Kəmalə Səmədova, Tərifə Abdulova, Güllər Cəfərova, Məzahir Orucov, Zümrüd Zülfüqarova və başqaları dövlətimizin son dövrdə Azərbaycan xalqının rifahının xeyli yaxşılaşmasına yönəlmiş tədbirləri bəyəndiklərini və yeni islahatları ürəkdən dəstəklədiklərini bildirib.

Millət vəkili Kamaləddin Qafarov növbəti dəfə seçiciləri ilə görüşübMillət vəkili Kamaləddin Qafarov növbəti dəfə seçiciləri ilə görüşübMillət vəkili Kamaləddin Qafarov növbəti dəfə seçiciləri ilə görüşübMillət vəkili Kamaləddin Qafarov növbəti dəfə seçiciləri ilə görüşübMillət vəkili Kamaləddin Qafarov növbəti dəfə seçiciləri ilə görüşüb
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi