Milli Kitabxana tərəfindən hazırlanmış “Kitabxana-informasiya fəaliyyətində süni intellektin imkanlarından istifadə” adlı metodik vəsait onlayn rejimdə istifadəçilərə təqdim olunub

Milli Kitabxana tərəfindən hazırlanmış “Kitabxana-informasiya fəaliyyətində süni intellektin imkanlarından istifadə” adlı metodik vəsait onlayn rejimdə istifadəçilərə təqdim olunub 

Müasir rəqəmsal mühitdə süni intellekt texnologiyaları kitabxana-informasiya fəaliyyətinin müxtəlif istiqamətlərində yeni imkanlar yaradır. İnformasiya axtarışı və təhlili, mətnlərin emalı, biblioqrafik iş, rəqəmsal fondların işlənməsi, statistik məlumatların təhlili və istifadəçi xidmətlərinin təşkili bu texnologiyaların əsas tətbiq sahələri sırasındadır.

Kitabxana-informasiya sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulan metodik vəsaitin əsas məqsədi süni intellektin imkanlarını təqdim etmək, eləcə də kitabxana əməkdaşlarına bu texnologiyalardan praktik istifadə üzrə metodik dəstək göstərməkdir.

Vəsaitdə süni intellektin əsas anlayış və texnologiyaları, kitabxana fəaliyyətində tətbiq istiqamətləri, müxtəlif süni intellekt alətlərindən istifadə imkanları, onların üstünlükləri və məhdudiyyətləri haqqında məlumat verilir.

Nəşrdə süni intellekt vasitəsilə yaradılan məlumatların yoxlanılması, istifadə olunan mənbələrin etibarlılığının qiymətləndirilməsi, müəlliflik hüququnun qorunması, şəxsi məlumatların təhlükəsizliyinin təmin edilməsi və informasiya təhlükəsizliyi məsələlərinə xüsusi diqqət yetirilir.

Metodik vəsait kitabxana əməkdaşlarının rəqəmsal bacarıqlarının inkişaf etdirilməsinə, süni intellekt texnologiyalarının kitabxana-informasiya proseslərinə səmərəli inteqrasiyasına və istifadəçilərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə töhfə vermək məqsədi daşıyır.

Metodik vəsait ilə https://anl.az/down/nesrler2026/kitabxana-informasiya-metodik-vesait.pdf linkindən istifadə edərək tanış ola bilərsiniz.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər
⇪