Milli Kitabxanada “30 iyul – Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub

Milli Kitabxanada “30 iyul – Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub 

30 iyul 2026-cı il tarixində Milli Kitabxanada insаn аlvеrinin mahiyyəti bаrədə məlumаtlılığın аrtırılmаsı, insan alveri qurbаnlаrının üzləşdiyi prоblеmlər haqqında təbliğatın aparılması məqsədilə “30 iyul – Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Günü” adlı virtual  sərgi istifadəçilərə təqdim olunub.

Virtual sərgidə rəsmi sənədlər, fotolar, Milli Məclisin komitələrin birgə iclasında insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı, İnsan alverinə qarşı mübarizə tədbirləri, İnsan alverinə qarşı mübarizə sahəsində Azərbaycan təcrübəsi, İnsan alveri qurbanlarının dövlət tərəfindən müdafiəsi, İnsan alverinə qarşı mübarizəyə dair normativ hüquqi aktlar və s. mövzu ilə əlaqəli kitablar və dövri mətbuat səhifələrində dərc olunan materiallar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Umumdunya_Insan_alverine_qarsi_Mubarize_Gunu/index.htm  linkindən istifadə edə bilərlər.

Birləşmiş Millətlər Təşkilatının 2013-cü il 18 dekabr tarixli qətnaməsi ilə 30 iyul “İnsan Alverinə qarşı Beynəlxalq Mübarizə Günü” elan edilib. Bu günün qeyd edilməsində əsas məqsəd bu qlobal problemə qarşı birgə fəaliyyət göstərməkdir. Məqsədlər sırasında, həmçinin insan alverinə qarşı mübarizəni gücləndirmək, insan alveri qurbanlarına hüquqi, psixoloji və sosial dəstək göstərmək, cəmiyyətin bu problemlə bağlı məlumatlılığını artırmaq, dövlət orqanlarını və beynəlxalq təşkilatları daha effektiv əməkdaşlığa təşviq etmək də var.

İnsan alverinə qarşı mübarizənin hüquqi və təşkilati əsaslarını, habelə insan alveri qurbanlarının hüquqi vəziyyətini müəyyən edən "İnsan alverinə qarşı mübarizə haqqında" qanun mövcuddur.

Prezident İlham Əliyevin sərəncamına əsasən "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün  Milli Fəaliyyət Planı" da təsdiq edilib.

Ölkəmizdə də bu problemə qarşı ciddi mübarizənin əsası qoyulub, müvafiq institusional mexanizmlər yaradılıb, milli fəaliyyət planları, dövlət proqramları qəbul edilib, qanunvericilik bazası beynəlxalq təcrübəyə uyğun formalaşdırılıb və uğurla icra olunur.

Faktinfo.az

 


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi