Milli Kitabxanada “Bəxtiyar Vahabzadə-100” adlı metodik vəsait onlayn rejimdə istifadəçilərə təqdim olunub

Milli Kitabxanada “Bəxtiyar Vahabzadə-100” adlı metodik vəsait onlayn rejimdə istifadəçilərə təqdim olunub 

2025-ci ildə Azərbaycanın Xalq şairi, görkəmli dramaturq, ədəbiyyatşünas və ictimai xadim, bütün Türk dünyasının tanınmış şairi Bəxtiyar Mahmud oğlu Vahabzadənin anadan olmasının 100 illiyi tamam olur.

Azərbaycan ədəbiyyatının zirvə şəxsiyyətlərindən biri olan Bəxtiyar Vahabzadə, vətənpərvərlik, fəlsəfi düşüncələr, sevgi və insanlıq mövzularında dərin mənalı əsərləri ilə xalqımızın ruhuna toxunmuşdur. Şairin yaradıcılığı milli mədəniyyətin formalaşmasında və inkişafında mühüm rol oynamışdır.

Xalq şairinin 100 illik yubileyi münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Bəxtiyar Vahabzadə-100” adlı metodik vəsait hazırlanıb. Vəsaitdə Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, həyat və fəaliyyəti haqqında məlumat, ədibin irsinin kitabxanalarda geniş təbliği məqsədilə müxtəlif kütləvi tədbirlərin həyata keçirilməsinə dair tövsiyələr, Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, B.M.Vahabzadənin xatirəsinin əbədiləşdirilməsi haqqında, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, “Bəxtiyar Vahabzadə adına” təqaüdün təsis edilməsi haqqında Azərbayca Respublikasının Nazirlər Kabinetinin qərarı, ədibin həyat və fəaliyyətinin əsas tarixləri, görkəmli şəxslərin ədib haqqında söylədiyi fikirlər və ədəbiyyat siyahısı istifadəçilərin diqqətinə çatdırılıb.

Metodik vəsait ilə tanış olmaq istəyənlər https://www.anl.az/down/bextiyar_vahabzade.metodik.pdf  linkindən istifadə edə bilərlər.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər