Milli Kitabxanada “Mir Cəlal Paşayev” adlı elektron məlumat bazası və “Böyük yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayev” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

Milli Kitabxanada “Mir Cəlal Paşayev” adlı elektron məlumat bazası və “Böyük yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayev” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub 

Bu gün görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasının 116 ili tamam olur

XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş ədəbiyyatşünas-alim, Əməkdar elm xadimi, professor Mir Cəlal Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Ərdəbil kəndində anadan olub.

Görkəmli yazıçı, unudulmaz ədib, böyük alim, xeyirxah insan Mir Cəlal Paşayev çox erkən yaşlarında ədəbi tənqidə gəlib və 20 yaşında gənc ikən ilk sanballı ədəbi-tənqidi qələm təcrübəsi olan "Ədəbiyyatda romantizm" əsərini 1928-ci ildə yazaraq Dağıstanın Mahaçqala şəhərində nəşr olunan "Maarif yolu" jurnalında dərc etdirib.

Dövrün ruhuna uyğun olaraq "Sağlam yollarda" adlandırdığı ilk oçerklər kitabı 1932-ci ildə çap olub. O, ədəbiyyat tarixinə, tənqid və ədəbiyyatşünaslığa dair bir sıra qiymətli əsərlərin müəllifidir. Mir Cəlal diqqətəlayiq romanlar müəllifi kimi də tanınıb. "Dirilən adam" və "Bir gəncin manifesti", "Açıq kitab", "Təzə şəhər", "Yolumuz hayanadır?" romanları yazıçının dəyərli əsərlərindəndir.

Bədii ədəbiyyatın müxtəlif janrlarına müraciət edən Mir Cəlal yaradıcılığında kiçik hekayələr xüsusi yer tutur. "Bostan oğrusu", "Yanlış barmaqlar", "Mərkəz adamı" kimi hekayələr tərbiyəvi əhəmiyyətli olduğu üçün yüksək qiymətləndirilir.

 Onun ədəbiyyat nəzəriyyəsinə dair araşdırmaları, xüsusilə məşhur "Ədəbiyyatşünaslığın əsasları" dərsliyi Azərbaycan filoloji mühitində diqqətəlayiq yer tutur. Ədibin "Klassik irs və müasirləri"mizə dair məqalələri, monoqrafik tədqiqatları, "Azərbaycanda ədəbi məktəblər" mövzusunda yazdığı doktorluq dissertasiyası, "Füzuli sənətkarlığı", "Cəlil Məmmədquluzadə realizmi haqqında" və sair bu kimi əsərlərionun ədəbi-nəzəri düşüncə ilə ardıcıl və sistemli şəkildə məşğul olmasınıtəsdiqləyən çox ciddi faktlardır.

Azərbaycan Milli Kitabxanasının əməkdaşlarıtərəfindən ədibin həyat və yaradıcılığını özündə əks etdirən “Böyük yazıçı, alim və pedaqoq MirCəlal Paşayev” adlı virtual sərgi və “Mir Cəlal Paşayev” adlıelektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub.

Virtual sərgidə rəsmi sənədlər, əsərləri, həyatı, ədəbi vəictimai fəaliyyəti haqqında nəşr olunmuş Azərbaycan və müxtəlif dillərdəkitablar, dövri mətbuat səhifələrində dərc olunmuş məqalələr, fotolar təqdimolunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Mir_Celal/index.htm linkindən istifadə edə bilərlər.

Elektron məlumat bazasında isə “Rəsmi sənədlər”, “Həyat vəyaradıcılığı”, “Həyat və yaradıcılığının əsas tarixləri”,  “Görkəmli şəxslərMir Cəlal haqqında”, “Mir Cəlalın müdrik kəlamları”,  “Mir Cəlal görkəmlişəxslər və ədəbiyyatımız haqqında”, “Mükafatları”,  “Mir Cəlal dünyakitabxanalarında”,  “Əsərləri“, Haqqında (kitablar, məqalələr,dissertasiya və avtoreferatlar)” və s. özündə əks etdirən materiallar nümayişolunur.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/MirCelal/index.html  linkindən istifadə edə bilərlər.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi