Mirşahin QHT rəhbərinin oğlunu tutdurdu –Sosial şəbəkədəki fikirinə görə
QHT rəhbərinin oğlu sosial şəbəkədə jurnalist Mirşahin Ağayev haqqında yazdığı fikirlərinə görə polis tərəfindən saxlanılıb.
Bu barədə Sahibsiz Uşaqlara Kömək İctimai Birliyinin sədri Məlahət Abbasova məlumat verib.
O bildirib ki, oğlunu Sabunçu Rayon 12-ci Polis Bölməsinin əməkdaşları dünən gecə yaşadığı evdən bölməyə aparıblar: “Gecə polislər Sabunçu qəsəbəsi, Dilqəm Kişvəri küçəsi, döngə 4, ev 2 A ünvanında olan mənzilimizə gələrək, oğlum 1994-cü il təvəllüdlü Abbasov Məhəmmədəli Şəmsəddin oğlunu bölməyə apardılar. Gecədən bu saatlara kimi oğlumu polisdə saxlayıblar. Cinayət işi açıb-açmadıqları barədə bölmədən bizə məlumat verməyiblər. Səbəb onu göstərirlər ki, oğlum sosial şəbəkədə olan qruplardan birində jurnalist Mirşahin Ağayev haqqında xoşagəlməz söz yazıb. Mənim oğlum tərbiyəli gəncdir, kimisə təhqir edəcəyini düşünmürəm. Mən də oğlumdan soruşdum, dedi ki, “ana, dəqiq xatırlamıram. Ola bilər Mirşahin haqqında paylaşımın rəy bölümünə gülüş işarəsi qoymuşdum, onu nəzərdə tuturlar. Ya da kimsə paylaşıma Mirşahin haqqında təhqir yazmışdı, mən də altına rəy yazmışdım ki, ona bu da azdır. Yəqin onu nəzərdə tuturlar”.
Mən onu qeyd edim ki, oğlum təhqir yazmayıb, burada cinayət tərkibi yoxdur”.
QHT rəhbəri sonda aidiyyatı orqanlardan oğlumun azad olunmasını xahiş edib.Unikal.org
Bu xəbər üçün şərh yazın