Mirvari Qəhrəmanlıdan SOCAR vitse-Prezidentlərinə qeyri-adi təklif
Tanınmış QHT rəhbəri, Neftçilərin Hüqyqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı N.Nərimanov adına NQÇİ-nin fəhlələrinin yaşam şəraiti ilə bağlı bu günlərdə paylaşdığı statusuna bu gün yeni əlavə edib. M.Qəhrəmanlı SOCAR-ın vitse-prezidentləri- Süleyman Qasımıova (iqtisadi məsələlər üzrə) və Bədəl Bədəlova (sosial məsələlər üzrə) belə bir unikal təklif irəli sürüb: «Sizin üçün pulsuz «TUR PAKET» təklif olunur (all inclusive, yəni, hər şey daxildir). Belə ki, N.Nərimanov adına NQÇİ-nin özüllərində işləyən işçilər Sizi özüllərinə dəvət edirlər. Siz həmin özüllərdə üç gün yaşayacaq, onların yeməyindən yeyəcək, suyundan içəcək, çarpayılarında yatacaq (özləri yerdə yatacaq), hamam və tualetlərindən istifadə edəcəksiniz. Mühiti dəyişmək sağlamlığınıza kömək edəcək. Qorxmayın 15 gün yox, üçcə gün».
M.Qəhrəmanlı bu gün çəkilmiş yeni fotoşəkilləri də paytaşıb. Deməli, fəhlələrin sosial durumu artıq nə ingiliscədir, nə də russca. Əsil Azərbaycanca, SOCAR-cadır!
Təqdim etdi: AZAD
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın