Misir Mərdanov danışdı - VİDEO

Misir Mərdanov danışdı - VİDEO 

Özünün dediyinə görə, rəqəmlərin dilini bilir, riyaziyyat onunla danışır. Elə dünyaya gələndən bəri onun üçün hər şey dəqiq elmlərdən ibarətdir.

Həyatını planlı və məqsədli şəkildə idarə edir. "Bu ömür xalqa xidmət üçün verilib, son nəfəsimə qədər də əqidəmə sadiq qalacam", - deyir sabiq təhsil naziri Misir Mərdanov.

 

Onun ömrünün 75-ci pilləsindən geriyə boylanırıq. Müsahibə üçün məkanı da o seçib. Öz əli ilə saldığı bağda, bağın meyvələrinə və keçmiş nazirin söhbətinə qonağıq...

 

Misir müəllim deyir ki, işlədiyi müddətdə ümummilli lider Heydər Əliyevin qayğısını hiss edib. Onun vəfatından sonra isə bu qayğı cənab Prezident İlham Əliyev tərəfindən davam edir. Elə dünən Prezident İlham Əliyevin Misir Mərdanovu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etməsi məhz bu qayğının göstəricisidir. Bu mükafatlandırmanın ən böyük dəyəri isə qələbəmizə nail olandan sonra verilməsidir...

 

Onun həyatının ən kədərli xatirəsi doğulub boya-başa çatdığı kəndlə bağlıdır. 1988-ci ildə öz dədə-baba yurdundan didərgin düşən Misir müəllim illər sonra öz həyətlərinə yenidən qayıdır və gördükləri qarşısında donub qalır.

 

"Qarabağ məsələsi təhsilimizdə də dərin yaralar buraxdı",- deyir sabiq nazir. İndi bizə düşən o yaraları sağaltmaq, işğaldan azad olunmuş rayonlarımızdakı təhsil ocaqlarını bərpa eləmək, orada yenidən vətənpərvər və uğurlu gənclər yetişdirməkdir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi