MKİ Ərdoğanı yox etmək istəyir, səbəbi isə… - Alman yazar
ABŞ-ın ürəyi istədiyi kimi hərəkət etməsinə mane olmalıyıq.
Bunu “NuiViso” televiziyasına müsahibəsində almaniyalı yazar Kristof Hörstel söyləyib.
“Dəniz Yücəl (“Doyçe Velle”nin həbs edilən Türkiyə müxbiri – red.) məsələsindən kəşfiyyat iyi gəlir. Burada dövlət tərəfindən insanlara jurnalist siması altında vəzifə tapşırılır. Əsas məsələ Ərdoğanın yox edilməsidir.
Mən 100% əminəm və buna görə başımı da ortaya qoymağa hazıram. Ərdoğanın yox edilməsi məsələsində Mərkəzi Kəşfiyyat İdarəsinin planlarını alman kəşfiyyatı da bilir. Ərdoğanın nə etdiyinə baxmaq lazımdır. Bu adam Vaşinqtonda azad olmağa cəhd edir və iki tərəflə də yaxşı bazarlıq etməyə çalışır. Rusiya, İran və Çinlə yaxınlaşır.
Ərdoğanın etdikləri Avropa və Almaniyanın maraqlarına uyğundur. Ərdoğanın etdiklərini görmürük, əksinə, ona problem yaradırıq. Əgər biz almanlar Merkelin axmaq siyasətindən qurtulmaq istəyiriksə, o zaman Ərdoğan kimi davranmalıyıq. Ərdoğanın yanında yer almalıyıq”, – deyə o bildirib./Axar.az/
Bu xəbər üçün şərh yazın