"...MMC-ni tapıb sübut etsinlər, onlara verəcəm"

"...MMC-ni tapıb sübut etsinlər, onlara verəcəm" -İbrahim Cəfərov

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov bir sıra saytlarda haqqında irəli sürülən ittihamlara münasibət bildirib.

O, Faktinfo.az saytına bildirib ki,Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru kimi tender keçirmək səlahiyyətinə malik deyildir. İnstitut direktoru təklif verə bilər ki,hansısa avadanlıq çatışmır.Bu da prosedura uyğun olaraq, yuxarı təşkilat tərəfindən baxılır, uyğunluq varsa, satınalma planlarına daxil edilir, aidiyyatı qurumlar da bu işlə məşğul olur. Belə məsələlərdə məni ittiham etmək yersizdir.Amma nə edim yazıblar, heç olmasa, bu işi bilənlərdən soruşub yazmaq düzgün olardı.


Kimi necə gəldi, qaralamaq düzgün deyildir. Məsələn, yazıblar ki, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsinə təyin olunub. Amma orada aqrar sahənin inkişafına aid elmi-tədqiqat işi ilə məşğul olunmayıb, ancaq kənd zəhmətkeşlərini, sahibkarları maarifləndirmişik, seminarlar keçirmişik. Vallah gülüncdür, deyə bilərəm ki, bunların mənim rəhbərlik etdiyim institutun işindən xəbəri yoxdur. Adama sual edərlər ki, sən hardan bilirsən ki, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda aqrar sahənin inkişafına aid elmi-tədqiqat işi ilə məşğul olunmayıb.Demək ki,sən sayt olaraq,bizim hesabatlardan da xəbərsizsən.İkincisi də, kənd zəhmətkeşlərini, sahibkarları maarifləndirmək, bu mənada seminarlar keçirmək azmı işdi. Elə kənd təsərrüfatının inkişafı ilk əvvəl sahibkarların maarifləndirilməsindən, onları dolğun məlumatlandırmaqdan başlayır. İnstitutun nəzdində təcrübə stansiyaları və dayaq məntəqələrinə gəlincə, çalışırıq işlər günün tələbinə uyğun təşkil edilsin. Müəyyən çatışmazlıqlar mövcuddur,bunların aradan qaldırılması üçün vaxtaşırı işlər həyata keçirilir.


İbrahim Cəfərov yaxın adamlarının adına MMC-lər yaradıb, müqavilələr bağlaması iddialarına da münasibət bildirib: "Kökündən yalan məlumatdır, yaxın adamlarımdan birinin adına olan MMC-ni tapıb sübut etsinlər, onlara verəcəm. Daha nə istəyirlər".


Qeyd edək ki, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov, bitki mühafizəsi üzrə respublikada yeganə doktor,professordur.O,həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü kimi,Kənd Təsərrüfatı Nazirliyi sistemində çalışan yeganə şəxsdir.

Faktinfo.az


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi