"Modern Hospital"da verilən qurbanlar... - Nə vaxta qədər?..

"Modern Hospital"da verilən qurbanlar... - Nə vaxta qədər?.. 

Son zamanlar həkim səhlənkarlığı ucbatından ölüm hallarının artması haqda iddialar çoxalıb.

 Düzdür, bu hadisələrə həm dövlət xəstəxanaları, həm də özəl klinikalarda rast gəlinir. Amma özəl klinikalarla bağlı məlumatlar daha çoxdur. Bu klinikalardakı hadisələr əsasən ölümlə nəticələnir. Yaxın dönəmdə bununla bağlı adı daha çox hallandırılan tibb müəsisəsi isə “Modern Hospital”dır. Ən yaxın keçmişimizdə bu klinika ilə bağlı bir neçə insidentin şahidi olmuşuq. Bu faktlara yenidən nəzər salmağa dəyər.
Arıqlamaq istəyirdi həyatını itirdi
2018-ci il iyul ayında mənim 1984-cü il təvəllüdlü oğlum Samir Dəmirov arıqlamaq üçün Bakıdakı “Modern Hospital”a müraciət edir. Xəstəxananın baş hakimi Taryel Ömərov aparılan müayinələrdən sonra yeganə çarənin cərrahi əməliyyat – mədənin rezeksiyası olduğunu bildirir. O, müayinələrin nəticələrinin Samirin əməliyyat olunmasına tam imkan verdiyini qeyd edir. İyul ayının 26-da Samir mədəsindən əməliyyat olunur. Sleeve-qastrektomiya əməliyyatını Taryel Ömərov özü aparır. Əməliyyatdan bir neçə gün sonra – avqustun 3-də xəstənin halı qəflətən pisləşir və yenidən xəstəxanaya götürülür. Düz 10 gün ərzində S.Dəmirov “Modern Hospital”da qarın boşluğunda baş qaldıran ağrılar içində qalır, aparılan konservativ müalicələr heç bir effekt vermir, təkrar cərrahi müdaxilə isə yubadılır.
Avqustun 13-də Taryel Ömərov professor Nuru Bayramovla birgə Samiri yenidən əməliyyat edir. Amma qarın boşluğunun sanasiya və təkrar drenaj olunması adı verilən bu əməliyyat da uğursuz alınır. Avqustun 16-da öz ayağı ilə “Modern Hospital”a gedən Samir avqustun 16-da oradan yarımcan vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya aparılır. Mərkəzi Klinikada aparılan müalicənin də heç bir xeyri olmurı. Çünki “Modern Hospital”da yol verilən səhv öz işini görmüşdü və Mərkəzi Klinika həkimlərinin böyük səylərinə baxmayaraq S.Dəmirovun həyatını xilas etmək mümkün olmur. Avqustun 30-da Samir həyatını itirir.
Xəstəni səhv müalicə etdilər, ayağı amputasiya olundu

8 avqust 2018-ci il tarixində “MODERN HOSPİTAL”ın “Diabetik Ayaq Mərkəzi”nin təsisçisi və rəhbəri olan həkim Gülay Məmmədova ayaq xəstəsi olmuş pasienti 20.02.1952-ci il təvəllüdlü Vəliyev Ələsxan Salman oğlunu düzgün müalicə etməyib. Şəki rayonun Baş Göynük kəndinini sakinini “Modern Hospital”da müalicə ediblər. Nəticədə xəstənin sağlamlıq vəziyyəti ağırlaşıb və təcili surətdə onu Mərkəzi Klinikaya yerləşdiriblər. Müayinə zamanı Modern Hospitalda onun ayağının səhv müalicəsi nəticəsində vəziyyətinin ağırlaşdığı məlum olub və dərhal ayağının amputasiya edilməsinə qərar verilib. Xəstənin ailə üzvləri dəfələrlə səhv müalicəyə görə və ayağın amputasiyası ilə nəticələnən faciəyə görə “Modern Hospital”ın rəhbərliyindən xahiş ediblər ki, Ə.S.Vəliyevin müalicəsi üçün Modern Hospitala ödədikləri 2000 (iki min manat) pul onlara qaytarılsın ki, çox borca düşməsinlər. Lakin xəstənin yaxınlarına nəinki pulu qaytarmaq, heç adi bir etika xatirinə cavab belə verməyiblər. Hospitalın direktoru Ravil Tağıyevə rəhbərlik etdiyi səhiyyə ocağında təcrübəsiz həkim Gülay Məmmədovanın səhv müalicəsi ilə bağlı müraciət edilib. Ayağı amputasiya edilən Ə.S.Vəliyevin vəziyyəti kritik olaraq qalmaqdadır. Xəstə hazırda yaşamaq uğrunda mübarizə aparır.
Hamilə qadına yalnış diaqnoz Bakı şəhər sakini Rahilə Məmmədli “Modern Hospital”ın həkimi Elmira Əhmədovanın pasiyenti olub. Bu ilin aprel ayında hamilə qalan xəstə klinikada analiz verib. Bildiriblər ki, qanda laxtalanma var. Bunun üçün xəstəyə kleksan 04 iynəsini həkim 15 gün vurdurmağı məsləhət görüb. Yenidən iyun ayında analiz verdikdə isə qan laxtalanmasının düşmək əvəzinə daha da artdığı məlum olub. Buna görə də hamiləliyin sonuna qədər həkim eyni iynəni vurdurmağı deyib. Bundan sonra xəstə “Sağlam Ailə” klinikasında və “Genlab”da yenidən analiz verib. Məlum olub ki, ümumiyyətlə, qan laxtalanması halı yoxdur. Analizin nəticəsini götürüb həkimin yanına gəldikdə həkim adıçəkilən klinikalarda analizin nəticələrinin normal olduğunu və köhnə analizlərdə “Modern Hospital” ın laboratoriyasının səhvə yol verdiyini deyib. Laboratoriya isə öz səhvini başa düşməyib. 20 həftə ərzində hamilə qadına utrogestan dərmanı içirdiblər.
  

Qanun da modern şəkildə unudulur “Modern” Hospitalda Təcili Yardım xidmətinin qiyməti 50-70 manat arasında dəyişir. Elə hallar olur ki, gecənin bir vaxtı xəstənin halı pisləşir. Və xəstənin yaxınları onlara yaxın ərazidə yerləşən özəl klinikaların Təcili Yardım xidmətindən yararlanmağa çalışırlar. Yəni, belə hallarda özəllər nəinki xəstələri qəbul etməməlidir, əksinə onun vəzifə borcu pulsuz tibbi xidmət göstərməkdir. Özəl tibbi fəaliyyət haqqında” Qanunun 10-cü maddəsində deyilir ki, özəl tibbi müəssələri və özəl tibbi praktika ilə məşğul olan şəxslərin göstərdiyi tibbi yardıma görə ödəniş bilavasitə xəstələrlə bağlanmış müqavilələr, pasiyentin (yəni xəstənin) xeyrinə vətəndaşlarla müqavilələr əsasında həyata keçirilir və tibbi xidmətlərin tarifləri tərəflər arasında razılaşmaya görə müəyyənləşdirilir. Buradan aydın olur ki, heç bir özəl tibbi müəssisə özbaşına qiymət müəyyən edə bilməz. Eyni zamanda həmin yerlərdə asılan bütün qiymət cədvəlləri qeyri- qanunidir, xəstələri kütləvi surətdə maddi ziyana salmaqla kommersiya maraqlarına” xidmət edir. 

Ancaq cumhuriyyet.az-a daxil olan məlumata görə, “Modern” Hospitalın rəhbərliyi şəkərli diabetdən əziyyət çəkən insanları tam müalicə etmək adıyla onlardan 8 -10 min manat pul alır. Nəticədə isə vətəndaş yenə də həmin xəstəlikdən əziyyət çəkir. Sadəcə vətəndaşın pulu gedir. Vətəndaşları elə tora salırlar ki, vətəndaş özü də bilmədən inanaraq onların tələsinə düşür. Lakin bu cür vasitələrlə xəstələrin ilk növbədə cibinə ziyan vururlar, daha sonra isə mənəvi deqradasiyaya uğramasına səbəb olurlar. Xəstə psixoloji olaraq bu xəstəlikdən yaxa qurtaracağına özünü inandırır. Lakin zaman keçir, xəstə hələ də xəstəlikdən can qurtara bilmir.
***
Bu yalnız son ayların faktlarıdır. “Modern Hospital”da son vaxtlar ictimaiyyətə məlum olan və olmayan faciələrin həkim səhvləri ucbatından baş verməsinə baxmayaraq heç kim hələlik cəzalanamır. Son vaxtlar “Modern Hospital”la bağlı mediada yer alan məlumatlar və redaksiyamıza daxil olan məlumatlarla bağlı apardığımız araşdırmalar nəticəsində ortaya çıxan bəzi məqamlarla bağlı suallarımızı kilinikanın direktoru Ravil Tağıyevə poçt və eloktron qaydada ünvanlamışıq. Ancaq təəssüflər olsun ki, “Kütləvi informasiya vasitələri haqqında” və “İnformasiya əldə etmək” haqqında Azərbaycan Respublikasının Qanununa əsasən ünvanladığımız sorğuya heç bir cavab verilməyib. Suallar isə hələ də cavabsız qalır:

1. 2017-2018-ci illər ərzində rəhbəri olduğunuz tib müəsisəsində baş verən ölüm halları və onlarının səbəbləri;
2. Mikroskop vasitəsi ilə qulaqda əməliyyatda Hospitala edənilən ödənişlərin miqdarı və Türkiyədən gələn həkimlərlə rəsmi müqavilədə göstərilən məbləğlər;
3. Laporaskopik üsul və endoskopik cihazların bu günkü vəziyyəti və bəzi vətəndaşlara bu avadanlıqlardan istifadəyə qoyulan qadağaların səbəbləri;
4. Hospitalda çalışan bəzi texniki işçilərin əmək haqlarının rəsmi qaydada (kartla) ödənilməməsinin səbəbləri;
5. Hospitalin ötən il və cari ilin 9 ayı ərzində gəlirləri və rəsmi vergi ödənişi;
6. Sözügedən dövr- ötən il və cari ilin 9 ayı ərzində Hospitalda həyata keçirilən abort əməliyyatlarının qeydiyyatı;
7. Kənar klinika və xəstəxanaların həkimlərinin qeyri-rəsmi anlaşma əsasında Hospitalda apardığı cərrahiyyə əməlliyyatlarının icarə pulunun ödənişləri;
8. Hospitalın maliyyə məsələləri ilə və qara mühasibatlqla məşğul olan şəxsin kimliyi;
9. Cərrahiyyə Şöbəsinin Müdiri Proktoloq-Cərrah Dilarə Həsənovanın və Pediatriya şöbəsinin müdiri Soltan Süleymanovun bu vəzifələrə təyinatının səbəbləri 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi