Moskvadan gələn iş adamı ümumilli lider Heydər Əliyevi ziyarət edib
Deyirlər “qardaşın necə insandır? Deyir “yoldaş olmamışam”.
Yoldaş olmaq sadəcə yol alıb getmək deyil. Canı canımızdan, qanı qanımızdan olan qardaşımızı tanımağımıza vəsilədir. Yola çıxdığın yoldaşın yolunun üzərindəki “daşları” təmizlədikcə dönüb dostun olar. Dost isə nə ailə, nə övlad, nə qardaş məhəbbəti ilə müqaisə edilməz. Ən dəyərli dostluqlar isə ağır günlərdə yaranan dostluqlardır.
Xalqımızın taleyinə 90-cı illərin gətirdiyi ağrı-acıları yaşamış bir çox azərbaycanlı kimi “Kubiş Moskva” da o illərdə Azərbaycana qarşı yönəlmiş təcavüzkar və qərəzli siyasəti, iyrənc məqsədləri həyata keçirənlərə qarş mübarizə aparan layiqli Azərbaycanlı olub.
O illərdə vətəndən uzaqda, Moskvada yaşayan İlham Əliyev cənabları xalqının gələcəyi üçün böyük narahatlıqlar yaşayırdı. Ulu öndərin siyasi kursunun davamçısı ölkəmiz üçün çətin olan illərdə xalqı üçün əlindən gələn dəstəyi, Azərbaycanı dünyaya tanıtmağı, düşünürdü.
Hələ Moskvada yaşadığı tələbəlik illərində və sonarkı dövrlərdə İlham Əliyev cənablarının əmin olduğu bir həqiqət var olub və indi də o əhdinə sadiqdir. Həqiqət isə ondan ibarət olub ki,şərəfli və ləyaqətli siyasətçi olmaq üçün şərəfli və nüfuzlu dövlətə sahib olmaq lazımdır. O nüfüzlu dövləti, Azərbvaycanı isə 90-cı illərdən sonrakı müddətdə qurmaq lazım gəlirdi. Elə bunun üçün Ulu öndər Heydər Əliyev ölkəmizi imperiyanın caynğından çəkib çıxartmaq uğrunda siyasi mübarizəyə qoşulmuşdu.
Tarixin, millətimiz üçün belə bir ağır sınaq illərində İlham Əliyev cənabları ilə tanış olmaq şərəfinə nail olmuş şəxslərdən biri - “Kubiş Moskva” da o illərdə gəncliyinin qaynar dövrünü yaşayırdı. Həmin illərdə “Kubiş Moskva” ilə İlham Əliyev cənablarının münasibətləri yaranır.
Hər il müqəddəs “Qurban bayramı”nda Ulu öndər Heydər Əliyev cənablarının və xanımı Zərifə Əliyevanın eləcə də şərqşünas-alim Aida İmanquliyevanın, gözəl qələm sahibi jurnalist Nəsir İmanquliyevin məzarlarını ziyarət etmək üçün Azərbaycana gəlmiş eloğlumuz “Kubiş Moskva”nın vətəndə olmasından istifadə edib, “Xəbəraz.az” saytı olaraq onunla görüşüb, söhbətləşmək bizim üçün asan olmadı.
Yaxın münasibətlər , barədə hər zaman susan ”Kubiş Moskva” xahişlərimizi nəzərə alıb, bizlərə vaxt ayırdı. Böyük qonaqpərvərliklə bizə qapılarını açan”Kubiş Moskva” yenə də hər zamankı kimi reklamdan uzaq, sadə həyatından üç-dörd kəlmə ifadə etməklə kifayətləndi. Əslində “Kubiş Moskva”nın “mənim sadə həyatım var” sözlərinə inanmaq asan deyil. Onun İlham Əliyev cənablarını yaxından tanıması,vaxtilə onunla görüşməsi barədə geniş danışmaq istəməməsi isə onun təvazökarlığından irəli gəlirdi.
Xəbəraz.az
Bu xəbər üçün şərh yazın