“Moskvaya doğru min dron uçanda Putin bunu başa düşəcək”

“Moskvaya doğru min dron uçanda Putin bunu başa düşəcək” − Zelenski

“Rusiya-Ukrayna müharibəsinin əsas mərhələsi quru və dənizdən havaya keçib”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Financial Times” qəzetinə verdiyi müsahibədə bildirib.

Onun fikrincə, münaqişənin nəticəsini “səmadakı döyüş” müəyyən edəcək:

“Ukrayna cəbhəni saxlamağı və dənizdə Rusiyanı sıxışdırmağı bacarır, buna görə də səma döyüş meydanına çevrilib. Və bu qarşıdurmada kimin ərazisi daha böyükdürsə, o qədər də əhəmiyyət kəsb etmir. Biz havaya qalxmışıq. Və havada biz artıq rəqabət aparırıq”.

O qeyd etdi ki, Ukraynanın kritik bir zəifliyi var - hava hücumundan müdafiə - lakin buna baxmayaraq, o, qalib gəlməyə qadirdir:

“Moskva və Sankt-Peterburqa genişmiqyaslı dron hücumlarının psixoloji təsiri, eləcə də pisləşən iqtisadi problemlər nəticədə Vladimir Putinin müharibəni davam etdirmək əzmini zəiflədəcək.

Yüz deyil, min dron Moskvaya doğru uçanda o, bunu başa düşəcək. Bunu şəxsən yaşamağa başlayanda, öz gözləri ilə görməyə başlayanda... məsləhətçiləri onu Ural dağlarının o tayına bir yerə getməyə təşviq edəcəklər. Putin Moskvadan nə qədər uzaqda olarsa, müharibənin sonu bir o qədər yaxın olacaq”./Yeniavaz.com

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi