Müdafiə Sənayesi naziri “SOCAR” ın vitse-prezidentlərindən biri olacaq?

Müdafiə Sənayesi naziri “SOCAR” ın vitse-prezidentlərindən biri olacaq? 

Azərbaycan Respublikası Müdafiə Sənayesi naziri Yavər Camalovun dünyasını dəyişməsindən sonra nazir olmaq ehtimalı olan bəzi şəxslərin adı KİV-də hallanıb.

Amma son sözün Prezident İlham Əliyevə aid olduğunu hələ də dərk etmək istəməyənlər  Müdafiə  Sənayesi  naziri  vəzifəsinə iddialı namizədlərin adlarını,görünür ki,məqsədli şəkildə gündəmə gətirir,öz arzularını reallıq kimi qələmə verməyə cəhd göstərirlər.

Faktinfo.az xəbər verir ki,gəzən şayiələrə görə, boş qalan nazir vəzifəsinə “SOCAR”da işləyən vitse-prezidentlərdən biri daha çox iddialıdır.Bu baş verəcəyi  təqdirdə “SOCAR” prezidenti  Rövnəq Abdullayevin mövqeyi bir az da möhkəmlənəcək.

Məlumat üçün xatırladaq ki,bir neçə nazir,həmçinin ”Azərsu”ASC prezidenti Qorxmaz Hüseynov,”Azəriqaz”ASC-nin sədri Əkbər Hacıyev və bir neçə rayonun icra başçısı “SOCAR” prezidentinə yaxın şəxslər hesab olunurlar.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi