Müəllim özünü qumbara ilə partladıb –Gədəbəydə sensasiyalı olay
Gədəbəydə müəllim özünü qumbara ilə partladıb.
Oxu.az xəbər verir ki, bu barədə Gədəbəy peşə liseyindən məlumat verilib.
Bildirilib ki, Nemət Bayramov problemli adam olmayıb:
“Nizam-intizamlı müəllim idi. Dekabrın 25-də şagirdlərə dərs keçib. Dünən dərsi olmayıb, amma həyat yoldaşı ilə liseyə gəlib. Onun həyat yoldaşı da liseydə kitabxanaçı işləyir”.
Liseydən bildirilib ki, Nemət Bayramovun bir qızı var: “Görünür, ailə problemləri olub. Liseylə əlaqəli heç bir problem yaşanmayıb”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın