"Müğənni 40 minlik saat taxır” - Yanımda sabiq icra başçısı...
Son vaxtlar Azərbaycanda bəzi peşələrin unudulduğu bildirilir. Bunlara saatsaz, pinəçi, xarrat, bənna, zərgər və s. aiddir.
Faktinfo.az xəbər verir ki, məşhur saatsaz Hacı Fətəliyev Modern.az-a deyib ki, vəziyyət heç də deyildiyi qədər deyil. O bildirir ki, gün ərzində 5-6 nəfər saatının təmiri üçün ona müarciət edir:
"Onlar arasında sadə vətəndaşlar da var, vəzifəlilər də, keçmiş DTK-çı da var. Hazırda yanımda iki nəfər var: biri Zəngilanın sabiq icra başçısı Ələkbər Həşimov, o biri keçmiş Milli Təhlükəsizlik Nazirliyinin Sumqayıt üzrə əməkdaşı Oqtay Salamovdur. Oqtay müəllim hazırda pensiyadadır. Onun saatının defekti var, avtomatı yığmır. Oqtay müəllim deyir saatı o vaxt 1500 dollara alıb. Ələkbər müəllimin saatını yumaq, yağlamaq lazımdır. Ələkbər müəllimin saatı isə 100 manatlıq saatdır, amma çox yaxşı saatdır”. Saatsaz deyir ki, Azərbaycanda saat kolleksiyaları toplayanlar tez-tez ona müraciət edirlər:
"Yeni saat almaq istəyəndə məsələhət üçün gələnlər də olur. Olur ki, kimsə bahalı saat almaq istəyir, mənə tapşırır, alıb gətirirəm”.
H.Fətəliyevin sözlərinə görə, indiyədək ona müraciət edənlər arasında ən bahalı saatın sahibi müğənni Cavanşir Məmmədov olub:
"Cavanşir Məmmədov 40 minlik saat taxır, neçə dəfə xarab olub, gətirib düzəltmişəm. Ədalət Şükürov da bahalı saatlar taxır. O da bir neçə dəfə yanıma gəlib. Deputatların çoxu saatı xarab olanda mənə göndərir. Amma əksəriyyəti sürücüylə göndərir ki, "Hacıya ver düzəltsin”. Prezidentin Xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov özü bir neçə dəfə saatını gətirib düzəltmişəm. Düzü çox da bahalı saat deyildi”.
O bildirib ki, təmir qiyməti saatdan asılı olaraq 20-30 manat arasında dəyişir.
Bu xəbər üçün şərh yazın