Naxçıvanda ayı kəndə hücum etdi, 40 pətək bal yedi
Naxçvan Muxtar Respublikasının Ordubad rayonunda qeyri-adi hadisə baş verib. Ayılar Dırnıs kəndinə hücum çəkib.
Kənd sakini Nizami İsmayılbəylinin AzNews.az portalına verdiyi məlumata görə, ayıların hücumu nəticəsində insanlara xətər toxunmayıb:
“Ayı bal yemək üçün arı pətəklərinə hücum edir. Bir aya yaxındır ki, nə gecəmiz var, nə də gündüzümüz. Artıq 50-dən çox arı pətəyini dağıdıb. Ayını tuta bilmirik. Tutsaq da, öldürməyə ixtiyarımız yoxdur. Əlacımız yalnız patrona qalıb. Müraciət etmişik, bizə patron veriblər, arada atırıq ki, ayı qorxub yaxına gəlməsin”.
Hadisəni Dırnıs kənd bələdiyyəsinin sədri Mürsəl Musayev də təsdiqləyib:
“Hadisə Alçallıq və Yaşıllıq adlı yaylaqlarda baş verib. Hansı ki, o yaylaqlar bizim kəndimizdən 15 km. uzaqda yerləşir. Camaatın əlacı kəsilib arı pətəklərini yaylaqdan kəndə köçürüb. Daha orada heç kəs arı saxlamaq istəmir. Hardasa 6 nəfərin təsərrüfatına ziyan dəyib, xeyli pətək dağılıb. Biz bununla bağlı sahə müvəkkilinə də məlumat vermişik”.
Bu xəbər üçün şərh yazın