
Nazir Kənan Quliyevi işdən çıxardı - Yerinə təyinat oldu
Təhsil naziri Ceyhun Bayramov şöbə müdirini işdən çıxarıb.
Ceyhun Bayramovun müvafiq əmri ilə, nazirliyin Daxili Nəzarət Şöbəsinin müdiri Kənan Quliyev vəzifəsindən azad olunub.
Onun yerinə İlqar Mahmudov təyin olunub.
Xəbəri Təhsil Nazirliyindən təsdiqləyiblər.
Qeyd edək ki, İlqar Mahmudov bu təyinata qədər Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini, yerli təhsili idarəetmə orqanlarının işinin əlaqələndirilməsi sektorunun müdiri vəzifəsində çalışıb.//Unikal.org
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın