Nazir olmağa iddialı şəxslərdən biri kimi millət vəkilinin də adı keçir
Son illər bəzi millət vəkillərinin müxtəlif vəzifələrə irəli çəkilməsi, bəzi deputatları ruhlandırıb.
Elə Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsinə hələlik təyinatın olmaması da, bəzi saytlar tərəfindən bu vəzifəyə iddialı olan şəxslərin adının çəkilməsini mümkünləşdirib.
Faktinfo.az saytı xəbər verir ki, Azərbaycan Respublikasının Səhiyyə naziri vəzifəsinə daha şanslı namizəd, nazir səlahiyyətlərini icra edən birinci müavin Teymur Musayevin olacağı qiymətləndirilsə də, nazir olmağa iddialı şəxslərdən biri kimi millət vəkili, səhiyyə komitəsinin üzvü Kamaləddin Qafarovun da adı keçir.
Qeyd edək ki, ölkə mediasında Kamaləddin Qafarovun adı onlarla aptek şəbəkəsinə, MMC-lərə sahib olması ilə gündəmə gəlirdisə, artıq onun rəhbəri olduğu dərman firmalarının milyon manatlarla tenderlərin qalibi olduğu da vurğulanır.
Faktinfo.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın