Nazirlik əməkdaşının meyiti meşədə ağacdan asılı vəziyyətdə tapılıb
Şəkidə itkin düşən nazirlik əməkdaşının meyiti meşəlik ərazidən ağacdan asılı vəziyyətdə tapılıb.
Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsinin əməkdaşı, 1956-cı il təvəllüdlü Şəki şəhər sakini Ramis Azaqovun meyiti ötən gün Yevlax rayon ərazisində meşəlik sahədə ağacdan asılı vəziyyətdə aşkarlanıb.
Qeyd edək ki, Ramiz Azaqov bu il sentyabrın 23-də səhər saatlarında Şəki şəhəri “dağ dibi” deyilən ərazidə yaşadığı evdən tələsik halda çıxmış və geri qayıtmamışdı.
Faktla bağlı araşdırma aparılır.
Report.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın