Nazirlik şikayəti araşdırmadı,vətəndaşlıqdan imtinanı seçdi-

Nazirlik şikayəti araşdırmadı,vətəndaşlıqdan imtinanı seçdi- Tovuzdan MÜRACİƏT - FOTOLAR

Mövzu olur yazmaq,elə müraciətlər var,dərc etmək istəmirik.Bəzən şikayət göndərirlər ki,onu da ictimailəşdirməmək olmur.Çünkü şikayətin gizlin saxlanılması,yazılmaması pis presidentlərə səbəb olub, kütləviləşə də bilər.Yəni,vətəndaş axrıncı halda ölkə rəhbərinə üz tutub- CƏNAB PREZİDENT, sizdən xahiş edirəm bizim ailəliklə ölkə vətəndaşlığından imtinamızı qəbul edin, deyirsə,bu kimi ifadənin nə səbəbdən səsləndirilməsi ciddi araşdırılmalıdır.

FAKTİNFO.AZ saytının elektron poçtuna göndərilən və ictimailəşdirilməsi istənilən müraciət müəllifi Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyindən narazıdır.


Tovuz rayonu, Vahidli kənd sakini,Şəhid və Qarabağ veteranı anası Həsənova Ceyran Məhəmməd qızının sayta göndərdiyi müraciəti kiçik ixtisarla təqdim edirik:

 


Bir oğlum şəhid,digər oğlum Qarabağ müharibəsi veteranı,üçüncü oğlum isə hərbi xidmət zamanı sağlamlığını itirib.Ermənistanla sərhəddə yaşayırıq və müharibədə evimizə ciddi ziyan dəysə də, heç maraqlanan da olmayıb.Ailədə yeganə işləyən oğlum Həsənov Naməddin idi.O,Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Tovuz rayonunda fəaliyyət göstərən qrumunda işləyirdi. Oğlumun üç azyaşlı övladı var, yeganə qazanc yeri isə işlədiyi müəssisə idi.

 


ŞƏHİD ANASI YAZIR:"Özüm ağır ürək xəstəliyi keçirmişəm,daimi olaraq müalicəyə ehtiyacım var.İşdən çıxarılan  oğlumun himayəsində yaşayıram.Aqrar Xidmətlər Agentliyi Azərbaycan Respublikası prezidenti İlham Əliyevin  şəhid ailələri haqqında imzaladığı qanuna, eyni zamanda prezidentin dəfələrlə şəhid ailələrinə qayğı göstərilməsi ilə bağlı tapşırıqlar verməsinə,hətta cənab prezidentin şəhid ailələrinə qayğı göstərilməsi "mənim tələbimdir və dövlət siyasətidir" deməsinə, məhəl qoymadı.


Oğlum Naməddin Həsənov rüşvət vermədiyinə görə, onun əmək müqaviləsinin 01 oktyabr 2021-ci il tarixdə  başa çatması əsas ğötürüb uzadılmadı.Bir sözlə, əmək müqaviləsinə  xitam verildi.O,alim aqronomdur və peşəkar mütəxəssisdir.


Bu günə qədər müxtəlif dövlət orqanlarına göndərdiyimiz 500-dən çox müraciət  nəticəsiz qalıb. Əksinə, Aqrar Xidmətlər Agentliyindən bizə bildirirlər ki,"gedin nə qədər istəyirsiniz şikayət edin, siz şəhid ailəsi olmağınızdan istifadə edirsiniz".Elə hesab edin ki, oğlunuz avtomobil qəzasında ölüb." 

     

Şəhid anası onu da bildirir ki,oğlunun yerinə qeyri-peşəkar olan bir şəxs təyin olunub. Ceyran Həsənova: " Naməddin Həsənovun yerinə heç bir savadı və iş təcrübəsi olmayan, müharibədə iştirak etməyən bir şəxsi təyin ediblər.Araşdırılarsa məlum olar ki, burada korrupsiyaya qarşı mübarizə haqqında qanunun 7-ci maddəsi kobud şəkildə pozulub.Artıq bizim uğrunda canımızı verdiyimiz ölkəmizdə yaşamaq hüququmuz üzdəniraq məmurlar tərəfindən əlimizdən alınmışdır.

CƏNAB PREZİDENT !

 Sizdən xahiş edirəm ki,qeyd olunanları nəzərə alaraq bizim ailəliklə ölkə vətəndaşlığından imtinamızı qəbul edəsiniz.

Şəhid və Qarabağ veteranı anası Həsənova Ceyran Məhəmməd qızı

                                                                                     



Nazirlik şikayəti araşdırmadı,vətəndaşlıqdan imtinanı seçdi-Nazirlik şikayəti araşdırmadı,vətəndaşlıqdan imtinanı seçdi-
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi