“Nə olub? Azərbaycana bomba düşüb?”

“Nə olub? Azərbaycana bomba düşüb?” – AFİHİ üzvündən sərt sözlər

Xəbər verdiyimiz kimi, futbol üzrə Azərbaycan millisi bu gün Avro-2020-nin seçmə mərhələsində son ev oyununa çıxacaq. Cəmi 1 xal toplayaraq qrupdan çıxma şansını itirən yığmamız bu gün səfərdə Slovakiyanın qonağı olacaq.

AFFA Futbol İctimaiyyəti Həmkarlar İttifaqının (AFİHİ) İcraiyyə Komitəsinin üzvü   Əfqan Talıbov Yenisabah.az-a açıqlamasında yığmamızdakı problemlərdən, komandamızın qrupdan çıxa bilməməsindən danışıb:

“Uzun müddətdir ki, bu yolu gedirik, köhnə hamam, köhnə tas. İlləri yola veririk. Tarix göstərir ki, heç bir nəticəyə nail ola bilməmişik, ancaq geriləmişik. İdarəetmədə olan insanlar böyük kütlə qarşısında bunu müzakirə etməlidir. Nə baş verir? Biz niyə bir-birimizə qulaq asmırıq? Niyə bir-birimizin fikirlərinə hörmətlə yanaşmırıq? Futbol dediyimizdən daha pis vəziyyətdədir. Komandaların sayı azdır, futbolçular yetişmir, azarkeşlər stadionlara gəlmir.  

İstəyir, bu gün Slovakiya ilə heç-heçə et, istəyir, ud. Heç nə dəyişmir. Mümkün  də deyil. Biz yerimizdə sayırıq. Gedib Avropada İsrafilovlar, Dadaşovlar, Nazarovlar axtarırıq. Sual verən lazımdır ki, Azərbaycan futboluna cavabdeh olanlar, buradakı futbolçular hanı?! Bir hücumçu yetişdirə bilmirik. Hücumçu qıtlığından əkinçi gətiririk. Nazarovları, Dadaşovları, Şeydayevləri gətiririk. Hücumçu yoxdur. Nə olub, Azərbaycana bomba düşüb? Partlayıb? Hücum xəttində heç kim yetişmir. Belə şey olmaz axı.

Yenə də gözləyin, yenə də kimisə təyin edəcəklər. Yenə də ümid edin. Yavaş-yavaş futbolçular yetişəcək, yavaş-yavaş özlərinə gələcəklər. Ə, bu nə vaxt olacaq? Bir misal çəkmək istəyirəm. Xəstəni gətirirlər xəstəxanaya. Həkim bilməlidir ki, onun xəstəliyi nədən baş verib. Biz uşaq futbolundan başlamalıyıq. Amma biz əsas millidən başlayırıq. Qoy, bu əsas milli 1 dəfə uduzsun, 2 dəfə uduzsun. Fikrimizi əsas uşaq futboluna yönəldək də. 1996-cı ilə xallarla qayıtmayaq, azarkeş kütləsinə qayıdaq. Yaxşı, gedin bu gün də oynayın. Heç-heçədir, uduzursan, kimin nəyinə lazım?! Kimdir ki, bizim fikirimizlə oturub-duran?!” 

Futbol mütəxəssisi millinin bu durumda olmasının günahının baş məşqçi Nikola Yurçeviçdə olmadığını söyləyib:

“Biz elə danışaq ki, nə şiş yansın, nə kabab? Biz danışmayaq? Bu problemləri deməyək? Ay futbol biliciləri, ay mütəxəssislər, biz nə edək? Alverlə məşğul olaq, taksi sürək? Fikirlərinizi birdəfəlik bizə deyin də. Bilək ki, deyirsiniz ki, futboldan birbaşa çıxın, gedin, futbolda görsənməyin. Yeni nəsil gəlir. Yeni nəsil də göz önündədir. 1 xalla təzədən 96-cı ilə qayıtmışıq. Futbolçular 96-cı ildə 1000 manat məvacib alanda sevinirdi. 50 min mükafat alır, oynaya bilmir. Guya, Slovakiya ilə oyunda 100 min manat veriləcək, desələr, Slovakiyanı udacaqsınız? 

Rusiya millisinin baş məşqçisi Stanislav Çervesovdur. Yaxşı-pis, millidə nə baş verirsə, o cavab verir. Çünki bu adam Rusiya futbolunun içindəndir. Türkiyədə Şenol Günəşdir. O da eynən Çervesov kimi. Ə, Yurçeviç sənə nə cavab versin e?! Tez-bazar məni gətiriblər. Mənə də deyir, heyəti formalaşdır. Necə? 6 il də buna verək? 6 il də deyək ki, Yurçeviç işləsin? Daha bizim qrupda Xorvatiya olmayacaq e! Burada söhbət odur ki, Yurçeviçlik heç nə yoxdur. Sizin futbol nə vaxt güclü olub ki? San-Marino, Lixtenşteyin düşüb udmusunuz da. İndi də mənə Avropanın böyük komandaları düşüb. Nə etməliyəm ki, mən?! Ona görə də milli azərbaycanlının başçılığı altında olmalıdır”.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi