“Nə parlamenti yarıdır, nə dəmir yollarını” - Azər Həsrətdən etiraz
"Cavid Qurbanov həm "Azərbaycan Dəmir Yolları" QSC-nin rəisidir, eyni zamanda deputatdır. Adam nə parlamenti yarıdır, nə dəmir yollarını".
Bu sözləri Bakı-Gəncə sürət qatarının sürətinin zəifliyindən şikayətlənən Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyib.
Azər Həsrətin sözlərinə görə, Azərbaycanda dəmir yolu yoxdur:
"Bu yaxınlarda Gəncəyə sürət qatarı açılıb. Qatar əladır, bəs, sürət? Sürət 90-140 arası km göstərir. Bu sürətdir? Xeyr! Bakıdan Gəncəyə 340-350 kmilometrdir. Qatar Gəncəyə 2 saata getmək əvəzinə, 4 saata gedir. Dörd saata Gəncəyə gedən qatarı sürət qatarı hesab etmək olar? Azərbaycanda dəmir yolu yoxdur. Cavid Qurbanov dəmir yolları ilə məşğul olsa daha yaxşı olar. Parlamentdə kürsünü boş-boş məşğul etməsin. Onun kürsüsündə Azərbaycana fayda verən biri oturmalıdır"./Sonxeber.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın