"Necə olur ki, narkotik satanları vətəndaş tanıyır, polis tanımır?!"

"Necə olur ki, narkotik satanları vətəndaş tanıyır, polis tanımır?!" 

"Azərbaycana bütün narkotiklər məhz İrandan gəlir. İranla sərhədin böyük əksəriyyətində sərhəd pozuntuları ilə bağlı cinayətlərin hamısına baxsaz, altında yatan səbəb narkotiklərin daşınmasıdır".

Yeniavaz.com xəbər verir ki, bu sözləri Ümid Partiyasının sədri İqbal Ağazadə PressklubTV-də çıxışı zamanı deyib.

"Azərbaycanda narkotiklə mübarizə təəssüflər olsun ki, adekvat aparılmır. Əvvəla qanunvericilik bazası düzgün deyil. Qanunvericilik bazasında hər bir adamın bir qram istənilən narkotikdən istifadə hüququ var. Yəni vətəndaşın üzərində özü istifadə etməsi üçün bir qrama qədər narkotik maddə olarsa, cinayət məsuliyyətinə cəlb olunmur. Bir qrama qədər narkotikdən istifadə cinayət məsuliyyəti yaratmır. Sual ortaya çıxır ki, əgər cinayət məcəlləsi, qanunvericilik bazası insanlara narkotikdən (bir qrama qədər) istifadə hüququ verirsə, insanlar bunu hardan alır? Əgər sən bunu qanuni şəkildə satmırsansa, insanlar bunu qeyri qanuni surətdə hardan alırlar? Sən bunu hakimiyyət olaraq, qeyri qanuni surətdə yayılması üçün niyə şərait yaradırsan?


Bu gün narkotika Azərbaycan cəmiyyətini hər şeydən daha pis formada parçalayıb. Rəsmi dövlət statistikasına görə, narkotikdən istifadə edən 3000-4000 insan var. Rəsmi statistika real və mövcud statistikadan min dəfə azdır. Azərbaycan qanunvrericiliyinə görə, narkotikdən istifadə etdiyinə görə adamı tutmurlar. Yalnız sattığına görə tuturlar. Onu da əsaslandırırlar ki, sənin üzərində bir qramdan artıq narkotik maddə olarsa deməli sən bunu yalnız istifadə etmir, həm də satırmışsan. Bəs həmin adam: “İki günlük, üç günlük hissəni üzərimdə gəzdirirəm” deyəndə necə olacaq? Bu cür qanunla cəmiyyəti idarə etmək olarmı? Azərbaycan gömrük komitəsində leqal surətdə bizə təqdim edilən informasiyaya görə, Azərbaycana gələn bütün narkotiklərin hamısının daşınması bir mənalı olaraq İrandandır. Rusiyadan, Gürcüstandan, dəniz yolu ilə Qazaxıstandan narkotik gələ bilər, ancaq bunların heç birindən gəlmir, Azərbaycana bütün narkotiklər məhz İrandan gəlir. İranla sərhədin böyük əksəriyyətində sərhəd pozuntuları ilə bağlı cinayətlərin hamısına baxsanız, altında yatan səbəb narkotiklərin daşınmasıdır. Azərbaycanda həbs olunan İran vətəndaşlarının statiskisanına baxsanız, 90-96 faizi məhz narkotika ticarəti ilə məşğul olan, yaxud onu gətirən insanlardır. Həmçinin rəsmi qaydada gömrükdə saxlanılan narkotikanın 90 faizi İran-Azərbaycan sərhəd buraxılış məntəqəsinin payına düşür. Azərbaycan vətəndaşı olub külli miqdarda narkotik satanların böyük əksəriyyətinin cinayət işində “Narkotikanı kimdən aldınız?" sualına verilən cavab belədir: “Tanımadığım İran vətəndaşından...”


Narkotik istifadəçilərinə vəsiqə verilməli və rəsmi olaraq narkotikin satış yerləri olmalıdır. Ancaq belə olanda narkotikdən istifadə edən adamları cəmiyyət tanya bilər. Cəmiyyət bu insanları tanımalıdır. Əks halda narkotik çəkən cəmiyyət içərisində alimlə alimlik, professorla professorluq, həkimlə həkimlik, mühəndislə mühəndislik edir. Sonra da biri onunla qızını evləndirir, üç ay sonra da olur bədbəxt. Məlum olur ki, bu narkoman imiş, heç kimin də xəbəri yoxdur.

Qeyri qanuni narkotik satışı ilə məşğul olanlara ömürlük həbs cəzası verilməlidir. Qeydiyyata düşməyib narkotikdən istifadə edənlərə isə 20 il həbs cəzası verilməlidir. Adamlar bilməlidirlər ki, narkotikanın qeyri qanuni yollarla satışının yolu, sonu yoxdur. Sonunda ömürlük həbs var.

Azərbaycanda elə yerlər var ki, ata ilə oğul bir yerdə oturub narkotik çəkir. Elə kəndlər var ki, az qala kəndin hamısı narkotik istifadəçisidir. Cəmiyyətin ən böyük bəlalarından biri elmsizlikdirsə, biri də narkotikadır. Narkotika məktəblərdə yayılır.

Bir dəfə yarı ciddi, yarı zarafat yazmışdım ki, necə ola bilər ki hər şeyi, vətəndaşın bilmədiyini bilməli olan polis vətəndaşın bildiyini bilmir. Nə üçün şəhərin mərkəzində insanlar narkotikdən istifadə edir, huşunu itirir, quruyub heykəllərə dönür. Haray təbili çalan yoxdurmu, bunlar niyə baş verir? Belə gedərsə, narkotika hər birimizin qapısını döyəcək, oğlumuzun, qızımızın qapısını döyməyibsə, axırda nəvəmizin qapısını döyəcək. Hər kəsin üzərində eyni dərəcədə sərt nəzarət mexanizmi həyata keçirə bilmərik. Bu mümkün deyil. Buna görərə də birinci növbədə qanunvericilik bazası işlənməlidir.

Gömrükdən ölkəmizə narkotikanın daşınması ilə bağlı dəhliz yoxdursa, bu qədər narkotika ölkəmizə necə gəlib çatır? Bütün bunların hamısı cəzasızlıq, ya da cəzanın az olduğu mühitdə baş verir. Adamlar narkotikanın satışına görə həbsə atılır, 3 il, 5 il həbsxana həyatında krallar kimi yaşayır. Dövlət də rəsmi qaydada hər bir dustaq üçün 19 manat pul ödəyir. Azərbaycanda vətəndaşın minimal pensiya təminatı 300 manatdır. Azərbaycanda dustağın bir günlük xərci 19 manatdır. Narkotika satmaq bir adamı öldürməkdən daha ağır cinayətdir. Bir adam birini öldürür, hadisə orada bitir, hadisə orada qurtarır. Narkotika satan isə bir cəmiyyətin onlarla, yüzlərlə fərdini zəhərləyir. Bu bütövlükdə dəhşətli bir epidemiya, dəhşətli bir bəladır”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi