Neft bir az bahalaşıb –Birja qiymətləri
Dünya birjalarında neftin qiyməti bahalaşıb.
AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,08 dollar artaraq 62,78 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,10 dollar bahalaşaraq 53,90 dollar olub.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın